https://sputnik.az/20230407/ran-ve-ermenistandan-maliyyelesenler-xaricde-azerbaycanla-bagli-dezinformasiya-yayirlar-453501483.html
İran və Ermənistandan maliyyələşənlər xaricdə Azərbaycanla bağlı dezinformasiya yayırlar
İran və Ermənistandan maliyyələşənlər xaricdə Azərbaycanla bağlı dezinformasiya yayırlar
Sputnik Azərbaycan
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov informasiyanın qorunması, saxlanılması, ötürülməsi ilə bağlı qanunvericilik bazasının... 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T13:39+0400
2023-04-07T13:39+0400
2023-04-07T13:39+0400
siyasət
siyavuş novruzov
millət vəkili siyavuş novruzov
fazil mustafa
dezinformasiya
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_0:0:1800:1014_1920x0_80_0_0_289aed8644a691ebc4d697584eb8001b.jpg
BAKI, 7 aprel - Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov İran və Ermənistanın pulu ilə maliyyələşənlərin xaricdə Azərbaycan haqqında yalan məlumatlar yaydıqlarını söyləyib. O, Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, hər gün saxta informasiyaların şahidi olur və bu gün dünya informasiya əsasında idarə olunur: “Dünyada gedən müharibələr də məhz informasiya müharibələrindən başlayır. İnformasiyanın qorunması, saxlanılması, ötürülməsi bu gün üçün aktual məsələdir. Bu sahədə qanunvericilik bazamızı daha da sərtləşdirməliyik”.Onun sözlərinə görə, hazırda Azərbaycanda dezinformasiyalar geniş vüsət almaqdadır. “Misal üçün, deputat Fazil Mustafa qarşı edilən sui-qəsdi hər kəs bir tərəfə yönləndirir. İnsan sağlamlığı uğrunda mübarizə apardığı dövrdə onun barəsində yalan informasiyaların yayıldığını da görür. Bu kimi yalan informasiyaların qarşısını almaq üçün lazımı addımlar atıb qanunları sərtləşdirməliyik. Hər adamı məhkəməyə verməyə qalsa, gərək həmin məhkəmənin qarşısında yüz deputat dayana və həmin şəxsləri məhkəməyə cəlb edə”, - deyə S.Novruzov bildirib. O qeyd edib ki, "xaricdə oturanlar" hər gün ölkəmizlə bağlı saxta informasiyalar yayırlar: "Xaricdə oturanlar yalan məlumatlar yayır. Azərbaycanın dövlətinin, Prezidentinin gördüyü işləri fərqli formada yalan şəkildə insanlara sırımağa çalışanlar var. Bunun qarşısını almaq lazımdır. Qanun çərçivəsində mütləq qabaqlayıcı tədbirlər görülməlidir”.
https://sputnik.az/20230407/ran-azerbaycanlasacaq-azerbaycanda-yasil-bayraqli-dovlet-olmayacaq---zahid-oruc-453500354.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_200:0:1800:1200_1920x0_80_0_0_961af86d8f86081bfaa88c267d6568e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siyavuş novruzov, millət vəkili siyavuş novruzov, fazil mustafa, dezinformasiya
siyavuş novruzov, millət vəkili siyavuş novruzov, fazil mustafa, dezinformasiya
İran və Ermənistandan maliyyələşənlər xaricdə Azərbaycanla bağlı dezinformasiya yayırlar
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov informasiyanın qorunması, saxlanılması, ötürülməsi ilə bağlı qanunvericilik bazasının sərtləşdirilməsini təklif edib.
BAKI, 7 aprel - Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov İran və Ermənistanın pulu ilə maliyyələşənlərin xaricdə Azərbaycan haqqında yalan məlumatlar yaydıqlarını söyləyib.
O, Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, hər gün saxta informasiyaların şahidi olur və bu gün dünya informasiya əsasında idarə olunur:
“Dünyada gedən müharibələr də məhz informasiya müharibələrindən başlayır. İnformasiyanın qorunması, saxlanılması, ötürülməsi bu gün üçün aktual məsələdir. Bu sahədə qanunvericilik bazamızı daha da sərtləşdirməliyik”.
Onun sözlərinə görə, hazırda Azərbaycanda dezinformasiyalar geniş vüsət almaqdadır.
“Misal üçün, deputat Fazil Mustafa qarşı edilən sui-qəsdi hər kəs bir tərəfə yönləndirir. İnsan sağlamlığı uğrunda mübarizə apardığı dövrdə onun barəsində yalan informasiyaların yayıldığını da görür. Bu kimi yalan informasiyaların qarşısını almaq üçün lazımı addımlar atıb qanunları sərtləşdirməliyik. Hər adamı məhkəməyə verməyə qalsa, gərək həmin məhkəmənin qarşısında yüz deputat dayana və həmin şəxsləri məhkəməyə cəlb edə”, - deyə S.Novruzov bildirib.
O qeyd edib ki, "xaricdə oturanlar" hər gün ölkəmizlə bağlı saxta informasiyalar yayırlar:
"Xaricdə oturanlar yalan məlumatlar yayır. Azərbaycanın dövlətinin, Prezidentinin gördüyü işləri fərqli formada yalan şəkildə insanlara sırımağa çalışanlar var. Bunun qarşısını almaq lazımdır. Qanun çərçivəsində mütləq qabaqlayıcı tədbirlər görülməlidir”.