https://sputnik.az/20230407/prezident-umumdunya-saglamliq-gunu-ile-bagli-paylasim-edib-453494292.html
Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib
Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib
Sputnik Azərbaycan
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirib. 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T11:28+0400
2023-04-07T11:28+0400
2023-04-07T11:28+0400
prezident
səhiyyə
prezident ilham əliyev
ümumdünya səhiyyə təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446932416_0:0:1921:1080_1920x0_80_0_0_a95bd014291218207069c106a4bf9ab4.jpg
BAKI, 7 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev 7 Aprel Ümumdünya Sağlamlıq Günü münasibətilə "Twitter" hesabında paylaşım edib. Prezident paylaşımında qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək. Paylaşımda o da qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir: "Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək". Qeyd edək ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1e/446932416_19:0:1722:1277_1920x0_80_0_0_c67e69c0b38db0e848138e4c08bba51c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, prezident ilham əliyev, ümumdünya səhiyyə təşkilatı
prezident, prezident ilham əliyev, ümumdünya səhiyyə təşkilatı
Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirib.
BAKI, 7 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev 7 Aprel Ümumdünya Sağlamlıq Günü münasibətilə "Twitter" hesabında paylaşım edib.
Prezident paylaşımında qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Paylaşımda o da qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir: "Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək".
Qeyd edək ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.