https://sputnik.az/20230407/ombudsman-agdamda-tapilan-mezarliqla-bagli-beynelxalq-ictimaiyyete-muraciet-edib-453527629.html
Ombudsman Ağdamda tapılan məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Ombudsman Ağdamda tapılan məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Sputnik Azərbaycan
Ombudsman beynəlxalq istimaiyyəti Ermənistanın itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi... 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T18:48+0400
2023-04-07T18:48+0400
2023-04-07T18:55+0400
siyasət
ombudsman
ombudsman aparatı
ağdam
ağdam şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053121_0:160:3072:1888_1920x0_80_0_0_b5998b131ecab4f3718c1bfff6506a97.jpg
BAKI, 7 aprel - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.Ombudsman Aparatının yaydığı müraciətdə deyilir:"Ağdam rayonunun Ergi düzü adlanan ərazidə aparılan qazıntı işləri zaman insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır.Belə ki, bundan öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilmişdir.Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir, işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053121_171:0:2902:2048_1920x0_80_0_0_68e242c9fcc1d2a4a307ab810ba073b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman, ombudsman aparatı, ağdam, ağdam şəhəri
ombudsman, ombudsman aparatı, ağdam, ağdam şəhəri
Ombudsman Ağdamda tapılan məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
18:48 07.04.2023 (Yenilənib: 18:55 07.04.2023) Ombudsman beynəlxalq istimaiyyəti Ermənistanın itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
BAKI, 7 aprel - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Ombudsman Aparatının yaydığı müraciətdə deyilir:
"Ağdam rayonunun Ergi düzü adlanan ərazidə aparılan qazıntı işləri zaman insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır.
Belə ki, bundan öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilmişdir.
Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir, işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram".