https://sputnik.az/20230407/nazir-hazirki-ermenistan-erazisinde-tarixi-azerbaycan-adlari-deyisdirilir-453496347.html
Nazir: Hazırkı Ermənistan ərazisində tarixi Azərbaycan adları dəyişdirilir
Nazir: Hazırkı Ermənistan ərazisində tarixi Azərbaycan adları dəyişdirilir
Sputnik Azərbaycan
Adil Kərimli qeyd edib ki, Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz... 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T12:19+0400
2023-04-07T12:19+0400
2023-04-07T12:23+0400
ermənistan
siyasət
unesco
türksoy
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425549866_0:0:2790:1569_1920x0_80_0_0_9ed192f8a0aeddf5defcc46230eaf9a1.jpg
BAKI, 7 aprel — Sputnik. Ermənistan hökuməti ərazilərində yerləşən və Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur. Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli deyib. O təəssüflə söyləyib ki, azad edilmiş ərazilərdə 30 ilə yaxın türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri, məscidlər, abidələr, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri erməni vandalizminə məruz qalaraq dağıdılıb: "Eyni zamanda Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur". "Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisində mədəni irs nümunələri olan Göy məscid, Qala məscid və Şah Abbas məscidləri, monumental abidələr sistemli və məqsədyönlü şəkildə məhv edilib", - A.Kərimli vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425549866_0:0:2480:1860_1920x0_80_0_0_7b5cb225d6617093ae6612e5cde31350.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, unesco, türksoy
ermənistan, unesco, türksoy
Nazir: Hazırkı Ermənistan ərazisində tarixi Azərbaycan adları dəyişdirilir
12:19 07.04.2023 (Yenilənib: 12:23 07.04.2023) Adil Kərimli qeyd edib ki, Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.
BAKI, 7 aprel — Sputnik. Ermənistan hökuməti ərazilərində yerləşən və Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.
Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli deyib.
O təəssüflə söyləyib ki, azad edilmiş ərazilərdə 30 ilə yaxın türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri, məscidlər, abidələr, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri erməni vandalizminə məruz qalaraq dağıdılıb: "Eyni zamanda Ermənistan hökuməti hazırkı ərazilərində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etmək, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur".
"Azərbaycan kəndlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. Ermənistan hökumətinin apardığı siyasətlə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisində mədəni irs nümunələri olan Göy məscid, Qala məscid və Şah Abbas məscidləri, monumental abidələr sistemli və məqsədyönlü şəkildə məhv edilib", - A.Kərimli vurğulayıb.