CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə informasiya ilə bağlı qanuna mühüm dəyişikliklər edilir

CC0 / StockSnap / VideoВидеокамера
Видеокамера  - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin effektiv təmin edilməsi ilə bağlı qanunvericilikdə yeni dəyişikliklər edilməsi zərurəti yaranıb.
BAKI, 7 aprel - Sputnik. , Xalid Məmmədov. Milli Məclisin iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixdə "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" imzalanmış Fərmanla kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsinin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli qanun qəbul edilib və sözügedən anlayış, o cümlədən kritik informasiya infrastrukturu, onun təhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı müvafiq müddəalar qanuna əlavə edilib.
Qeyd edilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin effektiv təmin edilməsi ilə bağlı qanunvericilikdə yeni dəyişikliklər edilməsi zərurəti yaranıb. Layihədə kritik informasiya infrastrukturu obyektlərinin siyahısının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur. Bununla yanaşı, qanun layihəsində provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi, provayderin təsisçisinin və onun səlahiyyətli nümayəndəsinin, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxsin və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşların Azərbaycan Respublikasının vətəndaşı olması ilə bağlı tələb nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanuna görə, kritik informasiya infrastrukturu – dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin məcmusudur.
Kritik informasiya infrastrukturu obyekti – kritik informasiya infrastrukturunun tərkib hissəsi olan informasiya sistemi, avtomatlaşdırılmış idarəetmə sistemi və ya informasiya-kommunikasiya şəbəkəsidir.
Kritik informasiya infrastrukturu subyekti – kritik informasiya infrastrukturu obyektinin sahibi (istifadəçisi) olan dövlət orqanları (qurumları), o cümlədən dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılmış publik hüquqi şəxslər, habelə digər hüquqi şəxslər və ya fərdi sahibkarlardır (mikro, kiçik və orta sahibkarlıq subyektləri istisna olmaqla).
Xəbər lenti
0