SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis İran parlamentinə cavab bəyanatı qəbul edib

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir.
BAKI, 7 aprel - Sputnik. Azərbaycan Milli Məclisi İran parlamentinə cavab bəyanatı qəbul edib.
Parlamentin bu gün keçirilən plenar iclasında bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.
Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır.
Qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur və bununla bağlı ittihamlar qəbuledilməzdir.
Bəyanatda bildirilir ki, İsraildə Mərakeş, Çad, Bosniya-Herseqovina, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi müsəlman ölkələrin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana göstərdiyi qərəzli münasibətlərin şahidi olmayıb. Azərbaycan dövləti Fələstində də diplomatik nümayəndəlik açıb. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərib, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini hər zaman dəstəkləyib və bu mövqeyini beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib.
Bəyanatda Milli Məclis həmçinin İranı ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılmasını təklif edib və təklif qəbul edilib. Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan, 1920, 07.04.2023
SİYASƏT
"İranın maskası cırıldı": İİR parlamentinin anti-Azərbaycan bəyanatına MM-də sərt reaksiya
Xəbər lenti
0