https://sputnik.az/20230407/gurcustanla-emekdasligimiz-avropanin-enerji-tehlukesizliyi-ucun-boyuk-tohfedir---prezident-453512408.html
Gürcüstanla əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir - Prezident
Gürcüstanla əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir - Prezident
Sputnik Azərbaycan
Dövlət başçısı qeyd edib ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T15:30+0400
2023-04-07T15:30+0400
2023-04-07T16:13+0400
prezident ilham əliyev
siyasət
irakli qaribaşvili
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453505210_21:0:979:539_1920x0_80_0_0_3df5e9347b97b7ff660803560587a9a4.jpg
BAKI, 7 aprel — Sputnik."Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. "Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir və əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir. Eyni zamanda yüklərin cəlb edilməsi üçün və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq", - Azərbaycan Prezidenti əlavə edib. Dövlət başçısı qeyd edib ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir:"Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq. Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. Bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir"."Gürcüstan və Azərbaycan uzun illər bir-birilə sıx əlaqədədir. Biz dostuq, müttəfiqik. Xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq", - Prezident qeyd edib.***Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453505210_141:0:860:539_1920x0_80_0_0_099bae7da56c0bb7cc9f83acad6898d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, irakli qaribaşvili
prezident ilham əliyev, irakli qaribaşvili
Gürcüstanla əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir - Prezident
15:30 07.04.2023 (Yenilənib: 16:13 07.04.2023) Dövlət başçısı qeyd edib ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir.
BAKI, 7 aprel — Sputnik."Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
"Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir və əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir. Eyni zamanda yüklərin cəlb edilməsi üçün və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq", - Azərbaycan Prezidenti əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir:
"Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq. Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. Bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir".
"Gürcüstan və Azərbaycan uzun illər bir-birilə sıx əlaqədədir. Biz dostuq, müttəfiqik. Xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq", - Prezident qeyd edib.
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.