XİN rəsmisi bildirib ki, Çin sülh danışıqlarını asanlaşdırmaq üçün bütün iştirakçı tərəflərlə, eləcə də beynəlxalq ictimaiyyətlə dialoqu davam etdirir. 07.04.2023, Sputnik Azərbaycan
BAKI, 7 aprel — Sputnik. Çin Xalq Respublikası İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyətin nəzarətdə saxlanılmasını zəruri hesab edir və tərəfləri təmkinli olmağa çağırır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinq zamanı bildirib. "Çin bütün tərəfləri, xüsusən də İsraili təmkinli olmağa çağırır və həmçinin onları mövcud ziddiyyətlərin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. O, həmçinin əlavə edib ki, Çin sülh danışıqlarını asanlaşdırmaq üçün bütün iştirakçı tərəflərlə, eləcə də beynəlxalq ictimaiyyətlə dialoqu davam etdirir. Mao Nin vurğulayıb ki, İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyət nəzarətdə saxlanılmalıdır. Bir gün əvvəl Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Tszyun cümə axşamı Norveçin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi nümyəndəsi Hilda Haraldstad ilə telefon danışığı zamanı Fələstin və İsrail arasında gərginliyin artmasından narahatlığını ifadə edib. Çərşənbə axşamı Fələstinin kiv-İ İsrail təhlükəsizlik qüvvələrinin səsboğucu qumbara və gözyaşardıcı qaz, həmçinin rezin güllə və dəyənəklərdən istifadə edərək Əl-Əqsa məscidinə (Şərqi Qüds) daxil olduğunu bildirib. Livanın "Əl-Mayadeen" kanalının məlumatına görə, 400-dən çox adam saxlanılıb. Bu arada İsrail polisi bildirib ki, onlarla maskalı gənc məbəd kompleksində barrikada quraraq şüarlar səsləndirib və iğtişaşlara çağırıblar. Bundan sonra polis ibadətgaha daxil olub.
XİN rəsmisi bildirib ki, Çin sülh danışıqlarını asanlaşdırmaq üçün bütün iştirakçı tərəflərlə, eləcə də beynəlxalq ictimaiyyətlə dialoqu davam etdirir.
BAKI, 7 aprel — Sputnik. Çin Xalq Respublikası İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyətin nəzarətdə saxlanılmasını zəruri hesab edir və tərəfləri təmkinli olmağa çağırır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinq zamanı bildirib.
"Çin bütün tərəfləri, xüsusən də İsraili təmkinli olmağa çağırır və həmçinin onları mövcud ziddiyyətlərin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyət.
O, həmçinin əlavə edib ki, Çin sülh danışıqlarını asanlaşdırmaq üçün bütün iştirakçı tərəflərlə, eləcə də beynəlxalq ictimaiyyətlə dialoqu davam etdirir. Mao Nin vurğulayıb ki, İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyət nəzarətdə saxlanılmalıdır.
Bir gün əvvəl Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Tszyun cümə axşamı Norveçin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi nümyəndəsi Hilda Haraldstad ilə telefon danışığı zamanı Fələstin və İsrail arasında gərginliyin artmasından narahatlığını ifadə edib.
Çərşənbə axşamı Fələstinin kiv-İ İsrail təhlükəsizlik qüvvələrinin səsboğucu qumbara və gözyaşardıcı qaz, həmçinin rezin güllə və dəyənəklərdən istifadə edərək Əl-Əqsa məscidinə (Şərqi Qüds) daxil olduğunu bildirib. Livanın "Əl-Mayadeen" kanalının məlumatına görə, 400-dən çox adam saxlanılıb. Bu arada İsrail polisi bildirib ki, onlarla maskalı gənc məbəd kompleksində barrikada quraraq şüarlar səsləndirib və iğtişaşlara çağırıblar. Bundan sonra polis ibadətgaha daxil olub.