https://sputnik.az/20230407/cavusogludan-rusiyaya-destek--avropada-enerji-bohrani-keskinlesib-453513860.html
Çavuşoğludan Rusiyaya dəstək: Avropada enerji böhranı kəskinləşib
Çavuşoğludan Rusiyaya dəstək: Avropada enerji böhranı kəskinləşib
Sputnik Azərbaycan
Türkiyə XİN rəhbəri bildirib ki, baş verənlərin təhqiqatı diqqətlə və müstəqil şəkildə aparılmalı, Rusiyaya da bunu etmək imkanı verilməlidir. 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T14:37+0400
2023-04-07T14:37+0400
2023-04-07T16:18+0400
mövlud çavuşoğlu
dünya xəbərləri
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512178_0:279:3048:1994_1920x0_80_0_0_e6cfd6063972c0584df1ae0a6e0de181.jpg
BAKI, 7 aprel — Sputnik. "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində təxribat Avropada enerji böhranını daha da kəskinləşdirib, Rusiya tərəfi bu təxribatın təhqiqatında təmsil olunmalıdır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ankarada keçirdiyi mətbuat konfransında deyib. "Şimal axınındakı təxribat Avropada enerji böhranını daha da kəskinləşdirib. Türkiyə boru kəməri partlayışları ilə bağlı açıq və şəffaf araşdırmanın tərəfdarıdır. Baş verənlərin təhqiqatı diqqətlə və müstəqil şəkildə aparılmalı, Rusiyaya da bunu etmək imkanı verilməlidir", - Çavuşoğlu deyib. 2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512178_0:0:2732:2048_1920x0_80_0_0_f1248d2b82c0a36b6916d2e6d2b15dac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mövlud çavuşoğlu, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
mövlud çavuşoğlu, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Çavuşoğludan Rusiyaya dəstək: Avropada enerji böhranı kəskinləşib
14:37 07.04.2023 (Yenilənib: 16:18 07.04.2023) Türkiyə XİN rəhbəri bildirib ki, baş verənlərin təhqiqatı diqqətlə və müstəqil şəkildə aparılmalı, Rusiyaya da bunu etmək imkanı verilməlidir.
BAKI, 7 aprel — Sputnik. "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində təxribat Avropada enerji böhranını daha da kəskinləşdirib, Rusiya tərəfi bu təxribatın təhqiqatında təmsil olunmalıdır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ankarada keçirdiyi mətbuat konfransında deyib.
"Şimal axınındakı təxribat Avropada enerji böhranını daha da kəskinləşdirib. Türkiyə boru kəməri partlayışları ilə bağlı açıq və şəffaf araşdırmanın tərəfdarıdır. Baş verənlərin təhqiqatı diqqətlə və müstəqil şəkildə aparılmalı, Rusiyaya da bunu etmək imkanı verilməlidir", - Çavuşoğlu deyib.
2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.