NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan və Qazaxıstan Bakı-Supsa kəməri ilə Xəzər neftinin nəqlini müzakirə edir?

© AFP 2024 / JOE KLAMARQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Razılıq əldə olunarsa, “Kaşaqan” yatağından çıxarılan neft Bakı-Supsa boru kəməri vasitəsilə xaricə ixrac ediləcək.
BAKI, 7 aprel - Sputnik. Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib.
Bu barədə “Reuters”ə üç mənbədən bildiriblər.
Qeyd olunub ki, razılıq əldə olunarsa, bu, yəqin ki, “Kaşaqan” yatağından çıxarılan neft olacaq. Mənbələrin verdiyi bilgiyə görə, Azərbaycan həmçinin neftin Gürcüstanın Qara dəniz limanları vasitəsilə nəqlini təklif edib.
Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.
Bakı-Supsa kəməri ilə neftin nəqli 2022-ci ilin yazında dayandırılıb. Hazırda bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur. Qazaxıstan üçün isə əsas ixrac marşrutu Novorossiysk yaxınlığındakı Rusiya dəniz terminalında başa çatan Xəzər Boru Kəməri Konsorsiumudur.
BTC Xəzər neftini Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql etmək üçün nəzərdə tutulmuş boru kəməridir. “North Caspian” əməliyyat şirkətinin məlumatına görə, “Kaşaqan”ın çıxarıla bilən ehtiyatları təxminən 9-13 milyard barel (1-2 milyard ton) neft həcmindədir.
Qazaxıstan Rusiyadan yan keçməklə neft ixracını artırmağa çalışır. Ölkə bu il BTC ilə 1,5 milyon ton ixrac etməyi planlaşdırır (Report).
Xəbər lenti
0