DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tarix kimin ədalətin tərəfində olduğunu göstərəcək - Çindən NATO və ABŞ-a sərt mesaj

© AP Photo / Liu ZhengMao Nin
Mao Nin - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi müvafiq mövqeyi hərtərəfli əks etdirir və tarix son nəticədə kimin ədalətin tərəfində olduğunu göstərəcək.
BAKI, 6 aprel — Sputnik. ABŞ və NATO Ukrayna məsələsinə görə məsuliyyəti öz üzərinə götürməlidir, alyansın Çini tənqid etmək və ya ona təzyiq etmək hüququ yoxdur. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

"Çin Ukrayna böhranı məsələsində həmişə obyektiv və ədalətli mövqe tutub. Pekin böhranın siyasi həllinin təşəbbüskarı, barışıq və danışıqların təşviqinin tərəfdarıdır və bununla bağlı beynəlxalq birlikdə əksər ölkələrin dəstəyini alır", - Mao Nin deyib.

O qeyd edib ki, Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi müvafiq mövqeyi hərtərəfli əks etdirir və tarix son nəticədə kimin ədalətin tərəfində olduğunu göstərəcək.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiya və Çin arasında əməkdaşlığın möhkəmlənməsinə nəzarət edir, bunun fonunda Hind-Sakit okean regionunda tərəfdaşlarla qarşılıqlı əlaqəni artırmaq niyyətindədir.
Stoltenberq Çini Rusiyaya silah tədarük etməkdən çəkinməyə çağırıb, bunun "tarixi səhv" olacağını və "ciddi nəticələrə səbəb olacağını" bildirib.
Fevralın sonunda Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqedən ibarət 12 bəndlik bəyanat dərc edib. Əsas məqamlar arasında: bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, gərginliyin qarşısını almağa çağırış yer alıb. Çin Ukrayna münaqişəsi kontekstində birtərəfli sanksiyalardan sui-istifadəyə də qarşı çıxıb və bildirib ki, onlar böhranın həllinə kömək etmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0