https://sputnik.az/20230406/rusiya-arktikada-liderliyini-saxlamalidir--roskonqressin-hesabati-453421558.html
Rusiya Arktikada liderliyini saxlamalıdır – "Roskonqress"in hesabatı
Rusiya Arktikada liderliyini saxlamalıdır – "Roskonqress"in hesabatı
Sputnik Azərbaycan
Rusiya dünyanın ən böyük Arktika dövlətidir. Şimal Buzlu Okeanı boyunca onun sahillərinin uzunluğu 22,6 min kilometrdir ki, bu da dünyanın bütün Arktika... 06.04.2023, Sputnik Azərbaycan
2023-04-06T08:44+0400
2023-04-06T08:44+0400
2023-04-06T08:44+0400
arktika
təhlil
hesabat
norveç
rusiya
murmansk
murmansk şəhəri
arxangelsk
https://cdnn1.img.sputnik.az/img/40853/54/408535412_0:167:3051:1883_1920x0_80_0_0_67eea9d1f1c1b9e484ea1652065a8226.jpg
BAKI, 6 aprel — Sputnik. Rusiya digər ölkələrə, o cümlədən nəhəng iqtisadiyyatına malik olan ABŞ-a nisbətən Arktikanın inkişafına daha çox sərmayə qoyur və regionda liderliyini qorumalıdır. "RİA Novosti"yə daxil olan və "Roskonqres" ekspertlərinin hazırladığı "Aysberqin zirvəsi: Arktika iqtisadiyyatının real perspektivləri" adlı hesabatda belə deyilir. "Rusiya Arktikanın inkişafına nəhəng iqtisadiyyatına malik ABŞ-dan daha çox sərmayə qoyur. Qeyd edək ki, ABŞ da Arktika statusuna malikdir. Arktikanın ən böyük logistik qovşağı Rusiyada yerləşir - bu, Murmanskdır. Murmansk vilayətinin yeni logistika layihələrinə ümumi investisiyaları dəyəri 170 milyard rubldan çox qiymətləndirilir", - sənəddə belə deyilir. Hesabat müəllifləri qeyd edirlər ki, müxtəlif ölkələr arasında Arktikadakı resurslara görə münaqişənin qlobal münaqişəyə çevrilməsi ehtimalı ilk dəfə 2008-ci il maliyyə böhranından sonra mediada ciddi müzakirə olunmağa başlayıb. "Arktikada dondurulmuş ərazi mübahisələri diplomatiya yolu ilə həll edilməlidir, əks halda onlar yeni münaqişələrlə doludur. Hazırda heç də bütün Arktika dövlətləri diplomatiyaya meylli deyil, ona görə də Rusiya qabaqlayıcı tədbir kimi hərbi mövcudluğunu artırmağa məcburdur", - deyə müəlliflər qeyd ediblər. Sənəddə deyilir: "Belə bir vəziyyətdə, yalnız Rusiyanın sualtı qayıqlar vasitəsilə nüvə raketlərini birbaşa Arktika buzundan atmaq texnologiyasına malik olduğunu xatırlatmaq yerinə düşər". Ekspertlər xatırladıblar ki, Rusiya dünyanın ən böyük Arktika dövlətidir. Şimal Buzlu Okeanı boyunca onun sahillərinin uzunluğu 22,6 min kilometrdir ki, bu da dünyanın bütün Arktika sahillərinin 60%-ni təşkil edir. Ölkənin bütün Arktika zonası dörd milyon kvadrat kilometrdən çoxdur. Eyni zamanda, dörd ən böyük Arktika şəhəri Rusiyada yerləşir: Murmansk (325 min əhali), Arxangelsk (301 min), Norilsk (205 min) və Vorkuta (85 min). Beşinci ən böyük şəhəri Norveçin Tromsesidir (62 min əhali).
arktika
murmansk şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40853/54/408535412_161:0:2892:2048_1920x0_80_0_0_455ccaeb83d9cf1f80178e4ab060df1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
arktika, hesabat, norveç, rusiya, murmansk, murmansk şəhəri, arxangelsk
arktika, hesabat, norveç, rusiya, murmansk, murmansk şəhəri, arxangelsk
Rusiya Arktikada liderliyini saxlamalıdır – "Roskonqress"in hesabatı
Rusiya dünyanın ən böyük Arktika dövlətidir. Şimal Buzlu Okeanı boyunca onun sahillərinin uzunluğu 22,6 min kilometrdir ki, bu da dünyanın bütün Arktika sahillərinin 60%-ni təşkil edir.
BAKI, 6 aprel — Sputnik. Rusiya digər ölkələrə, o cümlədən nəhəng iqtisadiyyatına malik olan ABŞ-a nisbətən Arktikanın inkişafına daha çox sərmayə qoyur və regionda liderliyini qorumalıdır.
"RİA Novosti"yə daxil olan və "Roskonqres" ekspertlərinin hazırladığı "Aysberqin zirvəsi: Arktika iqtisadiyyatının real perspektivləri" adlı hesabatda belə deyilir.
"Rusiya Arktikanın inkişafına nəhəng iqtisadiyyatına malik ABŞ-dan daha çox sərmayə qoyur. Qeyd edək ki, ABŞ da Arktika statusuna malikdir. Arktikanın ən böyük logistik qovşağı Rusiyada yerləşir - bu, Murmanskdır. Murmansk vilayətinin yeni logistika layihələrinə ümumi investisiyaları dəyəri 170 milyard rubldan çox qiymətləndirilir", - sənəddə belə deyilir.
Hesabat müəllifləri qeyd edirlər ki, müxtəlif ölkələr arasında Arktikadakı resurslara görə münaqişənin qlobal münaqişəyə çevrilməsi ehtimalı ilk dəfə 2008-ci il maliyyə böhranından sonra mediada ciddi müzakirə olunmağa başlayıb.
"Arktikada dondurulmuş ərazi mübahisələri diplomatiya yolu ilə həll edilməlidir, əks halda onlar yeni münaqişələrlə doludur. Hazırda heç də bütün Arktika dövlətləri diplomatiyaya meylli deyil, ona görə də Rusiya qabaqlayıcı tədbir kimi hərbi mövcudluğunu artırmağa məcburdur", - deyə müəlliflər qeyd ediblər.
Sənəddə deyilir: "Belə bir vəziyyətdə, yalnız Rusiyanın sualtı qayıqlar vasitəsilə nüvə raketlərini birbaşa Arktika buzundan atmaq texnologiyasına malik olduğunu xatırlatmaq yerinə düşər".
Ekspertlər xatırladıblar ki, Rusiya dünyanın ən böyük Arktika dövlətidir. Şimal Buzlu Okeanı boyunca onun sahillərinin uzunluğu 22,6 min kilometrdir ki, bu da dünyanın bütün Arktika sahillərinin 60%-ni təşkil edir.
Ölkənin bütün Arktika zonası dörd milyon kvadrat kilometrdən çoxdur. Eyni zamanda, dörd ən böyük Arktika şəhəri Rusiyada yerləşir: Murmansk (325 min əhali), Arxangelsk (301 min), Norilsk (205 min) və Vorkuta (85 min). Beşinci ən böyük şəhəri Norveçin Tromsesidir (62 min əhali).