CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran Azərbaycanda özünün dövlət modelini yaymaq istəyir - Komitə sədri

© Sputnik / Murad OrujovDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Qurum rəhbəri bildirib ki, Nərimanov rayon Cümə məscidi yaxın zamanlarda fəaliyyətə başlayacaq.
BAKI, 6 aprel — Sputnik. Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra olacaq. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir.

"Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək", - deyə komitə sədri qeyd edib.

Komitə sədri onu da bildirib ki, Nərimanov rayon Cümə məscidi (keçmiş Əbu Bəkr məscidi) yaxın zamanda fəaliyyətə başlayacaq.
O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsciddə aparılan təmir işləri artıq başa çatıb.
"Yaxın zamanda açılış olacağı gözlənilir", - deyə komitə sədri əlavə edib.
Mübariz Qurbanlı həmçinin bildirib ki, İran rejimi ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb.

"Bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb. Məscidlərdə təyinatlar səlahiyyəti Komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb. 118 din xadimi isə işindən uzaqlaşdırılıb".

Onun sözlərinə görə, uzaqlaşdırılanlar içərisində həm işində nöqsanlara yol verənlər, həm də dini təhsili olmayanlar var:

"İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir", - deyə M. Qurbanlı bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0