DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Belarus və Rusiya iqtisadiyyatları sanksiyalara baxmayaraq çökməyəcək

© Sputnik / Anton Novoderezhkin / POOL / Mediabanka keçidAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
İki ölkə hətta Qərbin sanksiyaları fonunda mikroelektronika sahəsində yaranmış problemli məsələləri də həll edə bilir.
BAKI, 6 aprel - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus və Rusiya iqtisadiyyatları məhdudlaşdırıcı tədbirlər şəklində kənardan onlara edilən təzyiqlərə baxmayaraq, çökməyəcək.
"Biz bütün bunların öhdəsindən gələcəyik. Çökəcəyimizə ümid edən və proqnozlaşdıran... Biz yıxılmadıq. Bəli, asan olmayacaq. Nə vaxt asan olub ki? Biz dözəcəyik və hər şeyi edəcəyik ... Hər şeyə qalib gələcəyik. Bizə bir az vaxt lazımdır”, - Lukaşenko çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bildirib.
O vurğulayıb ki, iki ölkə hətta Qərbin sanksiyaları fonunda mikroelektronika sahəsində yaranmış problemli məsələləri də həll etməyə qadirdir.
"Hətta mikroelektronikada... Bir il əvvəl görüşəndə... nə edəcəyimizi müzakirə etdik... Belə çıxır ki, biz burada da işləmək imkanları tapdıq: raketlər uçur, hərbi texnika həm burada, həm də burada hərəkət edir", - Belarus prezidenti davam edib.
O, kənd təsərrüfatından misal çəkib. "Hər kəs aclıqdan və soyuqdan qorxurdu. Bəs nə oldu? Bu gün Rusiyada çörəyi qoymağa yer yoxdur. Nə vaxt belə olub? Belə böyük məhsul. Sənayedə də belə olacaq", - Belarus dövlətinin başçısı bildirib.
Lukaşenko vurğulayıb ki, idxalın əvəzlənməsi mövzusu getdikcə aktuallaşır.
Belarusla Qərb ölkələri arasında münasibətlər 2020-ci il prezident seçkilərindən sonra kəskin şəkildə pisləşib. Qərb ölkələri tədricən Belarus rəsmilərinə və müəssisələrinə qarşı sanksiyalar tətbiq etdi. Minskin Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatına dəstəyi ilə Qərbin Belarusa qarşı sanksiyalarının genişləndirilməsində yeni mərhələ baş verib.
Xəbər lenti
0