KİV nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub - FOTO
© AR Ministry of DefenceTürkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Abunə olmaq
Media nümayəndələri hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
BAKI, 6 aprel - Sputnik. Aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün növbəti media-tur təşkil edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
© AR Ministry of DefenceTürkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.
© AR Ministry of DefenceTürkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi təmizlənmiş, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
© AR Ministry of DefenceTürkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Media-tur çərçivəsində media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib
Media nümayəndələri hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
© AR Ministry of DefenceTürkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.