DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hulusi Akar Ermənistanı 1915-ci il hadisələrini öyrənmək üçün arxivləri açmağa çağırıb

© © Adem ALTAN / POOL / AFPHulusi Akar
Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Türkiyə Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu müraciətə hələ cavab verilməyib.
BAKI, 6 aprel - Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistanı 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri öyrənmək üçün arxivlərini açmağa və onun nəticələri ilə barışmağa çağırıb. Bu barədə "Aydınlık" qəzeti yazır.
“Biz bu məsələ ilə bağlı sərt müraciətimizi bir daha bildiririk. Ermənistan da Türkiyə kimi öz arxivlərini beynəlxalq tarixçilərin üzünə açmalı, nəticələri qəbul etməli və bundan narahat olmamalıdır”, - deyə Akar bildirib.
Türkiyə Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu müraciətə hələ cavab verilməyib. Lakin buna baxmayaraq, Ankara türk və erməni xalqlarının dostluq və əməkdaşlıq çərçivəsində əlaqələr qura biləcəyinə ümid edir.
“Türkiyə əsrlər boyu tolerantlıq və sülh şəraitində birgə yaşamış türk və erməni xalqlarının dostluq və əməkdaşlıq münasibətləri qura biləcəyinə inanır”, - deyə Akar bildirib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0