https://sputnik.az/20230406/genler-zeka-ve-beyin-xususiyyetleri-bir-biri-ile-nece-baglidir-453466816.html
Genlər, zəka və beyin xüsusiyyətləri bir-biri ilə necə bağlıdır
Genlər, zəka və beyin xüsusiyyətləri bir-biri ilə necə bağlıdır
Sputnik Azərbaycan
Beyinin yalnız müəyyən bölgələri var ki, orada gen variasiyaları beynin xüsusiyyətlərinə, nəticədə isə intellektə təsir edir. 06.04.2023, Sputnik Azərbaycan
2023-04-06T23:22+0400
2023-04-06T23:22+0400
2023-04-06T23:22+0400
beyin
dünya xəbərləri
gen
zəka
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_0:104:2000:1229_1920x0_80_0_0_072fe3feb7a13783f06f7355ec900bba.jpg
BAKI, 6 aprel — Sputnik. Məlumdur ki, zəkanın bir hissəsi irsi xarakter daşıyır. Tədqiqatlar, həmçinin beyinin müxtəlif xüsusiyyətlərinin zəka ilə əlaqəli olduğunu göstərir. Alimlər ilk dəfə olaraq eyni anda üç parametrin: davranış, genlər və beyinin bir-biri ilə əlaqəsini öyrənə biliblər. Yeni elmi araşdırmada yaşı 18-75 arasında olan 557 nəfər iştirak edib. Alimlər tüpürcək nümunələrinin analizindən istifadə edərək hansı insanların və neçə gen dəyişikliyinin yüksək intellektlə əlaqəli olduğunu müəyyən ediblər. Bütün iştirakçılar, həmçinin, beyin skanından keçiblər. Hər üç parametri - genləri, beyin xüsusiyyətlərini, zəka testinin nəticələrini eyni vaxtda nəzərdən keçirdikdən sonra beynin yalnız bir neçə hissəsində əlaqə tapılıb.Bu, frontal, parietal və vizual korteksdir. Bu isə o deməkdir ki, beyinin yalnız müəyyən bölgələri var ki, orada gen variasiyaları beynin xüsusiyyətlərinə təsir edir. Və bu xüsusiyyətlər intellektə də təsir edir. Beyinin həlledici xüsusiyyətləri isə beyin səthinin ölçüsü və struktur əlaqənin səmərəliliyi olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_112:0:1889:1333_1920x0_80_0_0_2feea21c5ab7b70d02081f21e693ac5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
beyin, gen, zəka
Genlər, zəka və beyin xüsusiyyətləri bir-biri ilə necə bağlıdır
Beyinin yalnız müəyyən bölgələri var ki, orada gen variasiyaları beynin xüsusiyyətlərinə, nəticədə isə intellektə təsir edir.
BAKI, 6 aprel — Sputnik. Məlumdur ki, zəkanın bir hissəsi irsi xarakter daşıyır. Tədqiqatlar, həmçinin beyinin müxtəlif xüsusiyyətlərinin zəka ilə əlaqəli olduğunu göstərir. Alimlər ilk dəfə olaraq eyni anda üç parametrin: davranış, genlər və beyinin bir-biri ilə əlaqəsini öyrənə biliblər.
Yeni elmi araşdırmada yaşı 18-75 arasında olan 557 nəfər iştirak edib. Alimlər tüpürcək nümunələrinin analizindən istifadə edərək hansı insanların və neçə gen dəyişikliyinin yüksək intellektlə əlaqəli olduğunu müəyyən ediblər. Bütün iştirakçılar, həmçinin, beyin skanından keçiblər.
Hər üç parametri - genləri, beyin xüsusiyyətlərini, zəka testinin nəticələrini eyni vaxtda nəzərdən keçirdikdən sonra beynin yalnız bir neçə hissəsində əlaqə tapılıb.
Bu, frontal, parietal və vizual korteksdir. Bu isə o deməkdir ki, beyinin yalnız müəyyən bölgələri var ki, orada gen variasiyaları beynin xüsusiyyətlərinə təsir edir. Və bu xüsusiyyətlər intellektə də təsir edir.
Beyinin həlledici xüsusiyyətləri isə beyin səthinin ölçüsü və struktur əlaqənin səmərəliliyi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.