DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada terror təhlükəsi çox yüksəkdir - nazir

© AP Photo / Lewis JolyFransada
Fransada - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Nazir təfərrüatları açıqlamasa da, mart ayında silsilə terror aktları hazırlayan təxribatçının saxlanıldığını bildirib.
BAKI, 6 aprel — Sputnik. Fransada terror təhlükəsi çox yüksəkdir, 6 il ərzində 41 terror aktının qarşısı alınıb. Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin BEF telekanalının efirində bildirib.
"2017-ci ildən 41, 2020-ci ildən isə təxminən 10 terror aktının qarşısı alınıb. Terror təhlükəsi son dərəcə yüksəkdir", - deyən nazir, bunun ifrat sağçı və solçu qruplardan gəldiyini qeyd edib.
Onun sözlərinə görə, mart ayında silsilə terror aktları hazırlayan hücumçu saxlanılıb. Nazir təfərrüatları açıqlamayıb.
O əlavə edib ki, polis, jandarm və təhlükəsizlik xidmətləri ölkədə baş verənləri çox diqqətlə izləyir.
Xəbər lenti
0