https://sputnik.az/20230406/azerbaycanin-bu-erazilerinde-900-eded-agac-kesilib-453466423.html
Azərbaycanın bu ərazilərində 900 ədəd ağac kəsilib
Azərbaycanın bu ərazilərində 900 ədəd ağac kəsilib
Sputnik Azərbaycan
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. 06.04.2023, Sputnik Azərbaycan
2023-04-06T17:53+0400
2023-04-06T17:53+0400
2023-04-06T17:57+0400
cəmiyyət
baş prokurorluq
ağacların kəsilməsi
https://cdnn1.img.sputnik.az/img/41971/57/419715793_0:200:1920:1280_1920x0_80_0_0_b385df02f34738d5a3e6de0c37b05e1a.jpg
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41971/57/419715793_0:0:1708:1280_1920x0_80_0_0_3309d6b19ced4a9812d1063644f48a8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, ağacların kəsilməsi
baş prokurorluq, ağacların kəsilməsi
Azərbaycanın bu ərazilərində 900 ədəd ağac kəsilib
17:53 06.04.2023 (Yenilənib: 17:57 06.04.2023) Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.