https://sputnik.az/20230406/adinin-ondan-xebersiz-istifadesi-royanin-ictimai-nufuzuna-xelel-getire-biler---huquqsunas-453467316.html
Adının ondan xəbərsiz istifadəsi Röyanın ictimai nüfuzuna xələl gətirə bilər - Hüquqşünas
Adının ondan xəbərsiz istifadəsi Röyanın ictimai nüfuzuna xələl gətirə bilər - Hüquqşünas
Sputnik Azərbaycan
Müğənninin mətbuat katibi bildirib ki, Xalq artisti ölkəmizəə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək . 06.04.2023, Sputnik Azərbaycan
2023-04-06T16:40+0400
2023-04-06T16:40+0400
2023-04-06T16:40+0400
röya
cəmiyyət
müğənni
hüquq
https://cdnn1.img.sputnik.az/img/42286/44/422864405_0:103:1080:711_1920x0_80_0_0_2ad715cf8cfe2152cc559bee8815a3b4.jpg
BAKI, 6 aprel — Sputnik. Xalq artisti Röya Ayxan dələduzluğa məruz qalıb. Məşhur müğənni bu barədə özünün sosial media hesabında məlumat verib. Sənətçi qeyd edib ki, Bakıda olmadığı halda paytaxt restoranlarının biri onun adını afişaya salıb və 4 aprel tarixində paytaxtda çıxış edəcəyini alacağını qeyd edib. Məsələ ilə bağlı Röya Ayxanın mətbuat katibi Elvin Elxanla əlaqə saxladıq.Onun sözlərinə görə, Xalq artisti hazırda dostları ilə xarici ölkədə istirahətdədir. Azərbaycana döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli bildirir ki, müğənninin özünün razılğı olmadan adını afişaya salınması sui istifadə halıdır və bu hüquq pozuntusudur:Bəzən hansısa məşhur şəxsin adına iaşə obyekti tikilir və bundan həmin məşhur xəbərsiz olur. Buna görə həmin obyektin sahibi cərimələnə bilərmi?Bu sualı hüquqşünas aşağıdakı kimi cavablandırıb:Röya Ayxan kimdir? Röya Ayxan ilk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib. Yüzdən artıq mahnının müəllifi olan sənətçi 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 21 oktyabr 2019-cu ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42286/44/422864405_0:0:1080:810_1920x0_80_0_0_511c652b6efcccf09c45c3dd7576d58d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
röya, müğənni, hüquq
Adının ondan xəbərsiz istifadəsi Röyanın ictimai nüfuzuna xələl gətirə bilər - Hüquqşünas
Müğənninin mətbuat katibi bildirib ki, Xalq artisti ölkəmizəə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək .
BAKI, 6 aprel — Sputnik. Xalq artisti Röya Ayxan dələduzluğa məruz qalıb. Məşhur müğənni bu barədə özünün sosial media hesabında məlumat verib. Sənətçi qeyd edib ki, Bakıda olmadığı halda paytaxt restoranlarının biri onun adını afişaya salıb və 4 aprel tarixində paytaxtda çıxış edəcəyini alacağını qeyd edib.
Məsələ ilə bağlı Röya Ayxanın mətbuat katibi Elvin Elxanla əlaqə saxladıq.
Onun sözlərinə görə, Xalq artisti hazırda dostları ilə xarici ölkədə istirahətdədir. Azərbaycana döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:
"Anonsu və afişanı görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb. Təşkilatçılarla Röya Ayxanın prodüseri Kənan Bayramov danışıb. Hüquq müstəvisində hansı addımlar atılacağını isə Röya xanım gəldikdən sonra qərar veriləcək".
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli bildirir ki, müğənninin özünün razılğı olmadan adını afişaya salınması sui istifadə halıdır və bu hüquq pozuntusudur:
"Bu kimi hallar müğənninin ictimai nüfuzuna xələl gətirə bilər. Röyanın ictimai nüfuzu var, onun adı həm də onun kommersiya dəyəridir. Adı ona gəlir gətirir. Bu baxımdan kimsə onun adından müştəri cəlb etmək üçün istifadə edirsə, müğənninin hüququndan istifadə etmiş olur. Azərbaycanın mülki məcəlləsininin 13-cü maddəsinə əsasən, şəxsə dəyən maddi və mənəvi zərərlər məhkəmə yolu ilə tələb oluna bilər. Bu baxımdan ad hüququnu mənimsəyən şəxsə və ya quruma qarşı məhkəmə iddiası qaldırıla bilər.
Bəzən hansısa məşhur şəxsin adına iaşə obyekti tikilir və bundan həmin məşhur xəbərsiz olur. Buna görə həmin obyektin sahibi cərimələnə bilərmi?
Bu sualı hüquqşünas aşağıdakı kimi cavablandırıb:
"Məsələn, hansısa obyekt sahibi restoran tikir, adını xəbərsiz şəkildə "İbrahim Tatlısəs" və ya "Röya Ayxan" qoyursa, burada həmin məşhurun hüququ pozulmuş olur. Amma, tutaq ki, restoran adı "Röya"dırsa, müğənni Röya heç bir iddia qaldıra bilməz".
Röya Ayxan ilk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.
Yüzdən artıq mahnının müəllifi olan sənətçi 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 21 oktyabr 2019-cu ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.