CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda mənzilləri qarət edən şəxs saxlanılıb

Oğurluq - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Evlərin birindən 2000 manat pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Nəsir Nəsirli saxlanılıb.
BAKI, 6 aprel — Sputnik. Abşeronda evdən 12 min manatlıq qızıl və 2 min manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ceyranbatan qəsəbəsindəki evlərin birindən 2000 manat pul və dəyəri 12 min manatdan çox olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Nəsir Nəsirli saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0