https://sputnik.az/20230405/turkiyede-fevralda-bas-vermis-guclu-zelzelede-olenlerin-sayi-artib-453406841.html
Türkiyədə fevralda baş vermiş güclü zəlzələdə ölənlərin sayı artıb
Türkiyədə fevralda baş vermiş güclü zəlzələdə ölənlərin sayı artıb
Sputnik Azərbaycan
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T11:49+0400
2023-04-05T11:49+0400
2023-04-05T12:06+0400
türkiyə
hadisə
zəlzələ
suriya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452189012_0:160:3070:1887_1920x0_80_0_0_29860fe567bf9e8d09e85a39ea0a76ac.jpg
BAKI, 5 aprel — Sputnik. Türkiyədə baş vermiş zəlzələlərdə ölü sayı 50399-a çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452189012_171:0:2900:2047_1920x0_80_0_0_6a2552aec949eb596d5d0cf21c60dc1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, zəlzələ, suriya
Türkiyədə fevralda baş vermiş güclü zəlzələdə ölənlərin sayı artıb
11:49 05.04.2023 (Yenilənib: 12:06 05.04.2023) Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub.
BAKI, 5 aprel — Sputnik. Türkiyədə baş vermiş zəlzələlərdə ölü sayı 50399-a çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.