Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

TƏBİB Salyanda yol qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

TƏBİB - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Bakı-Salyan yolunda “KamAZ” markalı maşının “Hyundai Accent” markalı avtomobilə çırpılması nəticəsində üç nəfər sərnişin həlak olub
BAKI, 5 aprel - Sputnik. TƏBİB Bakı-Salyan yolunda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti barədə məlumat yayıb.
Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.
Qeyd edək ki, bu gün Bakı-Salyan yolunda “KamAZ” markalı maşının “Hyundai Accent” markalı avtomobilə çırpılması nəticəsində üç nəfər sərnişin həlak olub, 3 nəfər isə xəsarət alıb.
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.04.2023
HADİSƏ
Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb
Xəbər lenti
0