https://sputnik.az/20230405/rus-dramaturqun-eseri-opera-ve-balet-teatrinin-sehnesinde-453431014.html
Rus dramaturqun əsəri Opera və Balet Teatrının səhnəsində
Rus dramaturqun əsəri Opera və Balet Teatrının səhnəsində
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında "Skamya" əsəri nümayiş olunacaq 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T22:00+0400
2023-04-05T22:00+0400
2023-04-05T22:00+0400
azərbaycan dövlət akademik opera və balet teatrı
mədəniyyət
dramaturq
əsər
tamaşa
https://cdnn1.img.sputnik.az/img/42169/38/421693827_0:0:3189:1794_1920x0_80_0_0_70c8c3534efc2b7543e316b339c0560b.jpg
BAKI, 5 aprel — Sputnik. Mayın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında "Skamya" komediyası nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, əsas rolları İrina Apeksimova və Qoşa Kutsenko ifa edəcəklər. "Skamya" - dramaturq Aleksandr Gelman tərəfindən yaradılan səmimi əhvalatdır. Tamaşada çətin yol keçən və bir-birinə ürəklərini açan kişi və qadından söhbət gedir. Əvvəlcə tamaşanın janrı komediya kimi göstərilir. Lakin burada həm romantika, həm intriqa, həm də zəngin hisslər ahəngi mövcuddur. Qeyd edək ki, tamaşa dünyanın 30 ölkəsində göstərilib. "Skamya" Moskvanın "Büllur Turandot" mükafatına və Nitsada keçirilən Rusiya incəsənəti festivalının Qran-prisinə layiq görülüb. Aleksandr Gelman kimdir? Aleksandr Gelman 1950-ci illərin sonlarında Kamçatkada xidmət edərkən hekayələr və esselər dərc etməyə başlayıb. 1970-ci ildə həyat yoldaşı Tatyana Kaletskaya ilə birlikdə bir neçə sənədli filmə, həmçinin "Gecə növbəsi" bədii filminə ssenarilər yazıb. 1970-1976-cı illərdə Leninqrad dramaturqlarının həmkarlar ittifaqı komitəsinin üzvü olub . 1978-ci ildə Moskvaya köçüb və Moskva İncəsənət Teatrı ilə sıx əməkdaşlıq etdi . 1990-cı ilin iyulunda Sov.İKP-nin XXVIII qurultayında Sov.İKP Mərkəzi Komitəsinin üzvü seçilib. 1989-cu ildə SSRİ Kinematoqrafçılar İttifaqından SSRİ Ali Sovetinə xalq deputatı seçilmiş , Rayonlararası Deputatlar Qrupunun üzvü olub . 1990-cı ildə partiyadan ayrılan yazar 1991-ci ildə Mərkəzi Komitənin Yanvar Plenumunda Sov.İKP MK-nın üzvlüyündən rəsmi olaraq çıxıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42169/38/421693827_228:0:2959:2048_1920x0_80_0_0_fa74edab583fd73f581920013f94bc1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan dövlət akademik opera və balet teatrı, dramaturq, əsər, tamaşa
azərbaycan dövlət akademik opera və balet teatrı, dramaturq, əsər, tamaşa
Rus dramaturqun əsəri Opera və Balet Teatrının səhnəsində
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında "Skamya" əsəri nümayiş olunacaq
BAKI, 5 aprel — Sputnik. Mayın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Gelmanın pyesi əsasında "Skamya" komediyası nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, əsas rolları İrina Apeksimova və Qoşa Kutsenko ifa edəcəklər.
"Skamya" - dramaturq Aleksandr Gelman tərəfindən yaradılan səmimi əhvalatdır. Tamaşada çətin yol keçən və bir-birinə ürəklərini açan kişi və qadından söhbət gedir. Əvvəlcə tamaşanın janrı komediya kimi göstərilir. Lakin burada həm romantika, həm intriqa, həm də zəngin hisslər ahəngi mövcuddur.
Qeyd edək ki, tamaşa dünyanın 30 ölkəsində göstərilib. "Skamya" Moskvanın "Büllur Turandot" mükafatına və Nitsada keçirilən Rusiya incəsənəti festivalının Qran-prisinə layiq görülüb.
Aleksandr Gelman 1950-ci illərin sonlarında Kamçatkada xidmət edərkən hekayələr və esselər dərc etməyə başlayıb. 1970-ci ildə həyat yoldaşı Tatyana Kaletskaya ilə birlikdə bir neçə sənədli filmə, həmçinin "Gecə növbəsi" bədii filminə ssenarilər yazıb. 1970-1976-cı illərdə Leninqrad dramaturqlarının həmkarlar ittifaqı komitəsinin üzvü olub .
1978-ci ildə Moskvaya köçüb və Moskva İncəsənət Teatrı ilə sıx əməkdaşlıq etdi .
1990-cı ilin iyulunda Sov.İKP-nin XXVIII qurultayında Sov.İKP Mərkəzi Komitəsinin üzvü seçilib. 1989-cu ildə SSRİ Kinematoqrafçılar İttifaqından SSRİ Ali Sovetinə xalq deputatı seçilmiş , Rayonlararası Deputatlar Qrupunun üzvü olub . 1990-cı ildə partiyadan ayrılan yazar 1991-ci ildə Mərkəzi Komitənin Yanvar Plenumunda Sov.İKP MK-nın üzvlüyündən rəsmi olaraq çıxıb.