https://sputnik.az/20230405/nam-kerimov-ali-mehkemenin-kollektivine-teqdim-olunub-vezifesinin-icrasina-baslayib-453420053.html
İnam Kərimov Ali Məhkəmənin kollektivinə təqdim olunub, vəzifəsinin icrasına başlayıb
İnam Kərimov Ali Məhkəmənin kollektivinə təqdim olunub, vəzifəsinin icrasına başlayıb
Sputnik Azərbaycan
Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini... 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T15:51+0400
2023-04-05T15:51+0400
2023-04-05T16:02+0400
cəmiyyət
inam kərimov
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453419233_0:21:850:499_1920x0_80_0_0_7c7c3b8daf30b2310842dc8acbb977ff.jpg
BAKI, 5 aprel - Sputnik. Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilib, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və kollektivə uğurlar arzulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453419233_143:0:850:530_1920x0_80_0_0_745653987dee75dc36122566a4185ba7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
inam kərimov, ali məhkəmə
inam kərimov, ali məhkəmə
İnam Kərimov Ali Məhkəmənin kollektivinə təqdim olunub, vəzifəsinin icrasına başlayıb
15:51 05.04.2023 (Yenilənib: 16:02 05.04.2023) Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.
BAKI, 5 aprel - Sputnik. Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.
Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilib, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.
Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və kollektivə uğurlar arzulayıb.