CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb direktoru ilə bağlı cinayət işi başlanıb

© AFP 2024 / RUSLAN PRYANIKOVsənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 5 aprel — Sputnik. Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Bərdə rayon prokurorluğu məlumat yayıb.
Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Xəbər lenti
0