https://sputnik.az/20230405/cinden-azerbaycana-qida-mehsullari-idxal-eden-bezi-sirketlere-xeberdarliq-edilib-453416833.html
Çindən Azərbaycana qida məhsulları idxal edən bəzi şirkətlərə xəbərdarlıq edilib
Çindən Azərbaycana qida məhsulları idxal edən bəzi şirkətlərə xəbərdarlıq edilib
Sputnik Azərbaycan
Çindən də Azərbaycana bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T17:20+0400
2023-04-05T17:20+0400
2023-04-05T17:21+0400
çin
cəmiyyət
aqta
şirkət
xəbərdarlıq
qida məhsulları
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/18/434534836_0:0:3073:1728_1920x0_80_0_0_8351db2386f9f6f2df9c0cf2271b1300.jpg
BAKI, 5 aprel — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən Azərbaycana qida məhsulları gətirən bəzi şirkətlərə xəbərdarlıq edib. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, "Qida təhlükəsizliyi haqqında" qanunun 24.5-ci maddəsinə əsasən, bir sıra qida və yem məhsullarının Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri əvvəlcədən təsdiq edilməlidir. Bununla bağlı, Agentlik əməkdaşları ötən dövr ərzində müvafiq tədbirlər icra edib və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilir. Çindən də Azərbaycana bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. Bunlardan iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar. AQTA Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri "Qida təhlükəsizliyi haqqında" qanunun müvafiq bəndinə uyğun təsdiq olunmalıdır. Aprelin 10-dək təsdiq üçün müraciət etməyən şirkətlərin yuxarıda qeyd olunan qida məhsullarını idxal etməsi mümkün olmayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/18/434534836_0:0:2731:2048_1920x0_80_0_0_d3162917a53523e2e68473518650e3b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, aqta, şirkət, xəbərdarlıq, qida məhsulları
çin, aqta, şirkət, xəbərdarlıq, qida məhsulları
Çindən Azərbaycana qida məhsulları idxal edən bəzi şirkətlərə xəbərdarlıq edilib
17:20 05.04.2023 (Yenilənib: 17:21 05.04.2023) Çindən də Azərbaycana bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var.
BAKI, 5 aprel — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən Azərbaycana qida məhsulları gətirən bəzi şirkətlərə xəbərdarlıq edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, "Qida təhlükəsizliyi haqqında" qanunun 24.5-ci maddəsinə əsasən, bir sıra qida və yem məhsullarının Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri əvvəlcədən təsdiq edilməlidir.
Bununla bağlı, Agentlik əməkdaşları ötən dövr ərzində müvafiq tədbirlər icra edib və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilir.
Çindən də Azərbaycana bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. Bunlardan iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.
AQTA Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri "Qida təhlükəsizliyi haqqında" qanunun müvafiq bəndinə uyğun təsdiq olunmalıdır.
Aprelin 10-dək təsdiq üçün müraciət etməyən şirkətlərin yuxarıda qeyd olunan qida məhsullarını idxal etməsi mümkün olmayacaq.