Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib

© Sputnik / Murad Orujovəsgər
əsgər - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 11 komanda üzrə 33 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
BAKI, 5 aprel — Sputnik. 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros yarışları keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 11 komanda üzrə 33 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, 1-ci yerdə Heydər Əliyev adına Hərbi İnstitut, 2-ci yerdə Quru Qoşunları, 3-cü yerdə isə Hərbi Polis İdarəsinin komandaları qərarlaşıblar.
Yarışın sonunda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.
Hərbi Dəniz Qüvvələri - Sputnik Azərbaycan, 1920, 05.04.2023
HƏRBİ
Hərbi Dəniz Qüvvələrində reyd toplantısı keçirilib - VİDEO
Xəbər lenti
0