NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ MTQ ixracını qadağan edərsə, avropalı idxalçılar çətinliklərlə üzləşəcəklər

© Photo : SOCARСотрудник SOCAR на месте работы
Сотрудник SOCAR на месте работы - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Karin Knaysl hesab edir ki, Brüsseldə sağlam düşüncə olmadığı halda, ən pisi hələ qarşıdadır.
BAKI, 5 aprel — Sputnik. ABŞ mayeləşdirilmiş təbii qazın (MTQ) ixracını qadağan edərsə, avropalı idxalçılar çətin qərarlar qəbul etmək məcburiyyətində qalacaqlar.
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl belə hesab edir.
"Şist bumu, digər şeylər arasında, aşağı faiz dərəcələrinə - daim pul axınına imkan verən kreditlərə əsaslanırdı. ABŞ qiymətləri aşağı səviyyədə saxlamaq üçün MTQ ixracını qadağan edərsə, o zaman Aİ-dən olan bütün yeni dəbdə olan idxalçılar çox çətin qərarlarla qarşılaşacaqlar. Brüsseldə sağlam düşüncə olmadığı halda, ən pisi hələ qarşıdadır", - deyə keçmiş nazir özünün "Twitter" səhifəsində yazıb.
Bundan əvvəl ABŞ-Aİ enerji təhlükəsizliyi üzrə işçi qrupu 2023-cü ildə ABŞ-ın Avropaya MTQ tədarükünün yüksək səviyyədə saxlanması üçün işi davam etdirmək barədə razılığa gəlib.
Qrup 2023-cü il üçün prioritetləri olaraq MTQ bazarlarının davamlı qiymətləndirilməsini, Avropaya ən azı 50 milyard kubmetr ABŞ qazının tədarükünü, metan emissiyalarının azaldılması və enerjiyə qənaəti müəyyən edib. Qeyd olunub ki, belə bir səviyyə enerji daşıyıcılarının təchizatı ilə bağlı çətin vəziyyət və gələn qışa qədər anbarların doluluğunun təmin edilməsi zərurəti fonunda zəruridir.
Xəbər lenti
0