https://sputnik.az/20230405/-azerbaycan-ve-tacikistan-liderlerinin-muzakire-etdiyi-meseleler-aciqlanib-453425741.html
Əliyev: "Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq"
Əliyev: "Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq"
Sputnik Azərbaycan
İlham Əliyev: "Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub" 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T19:36+0400
2023-04-05T19:36+0400
2023-04-05T19:40+0400
tacikistan
azərbaycan xəbərləri
azərbaycan
prezident ilham əliyev
tacikistan prezidenti emomali rəhmon
emoməli rəhmon
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453412976_0:85:889:585_1920x0_80_0_0_45965c8ab142f78e499e7f55c84be3b0.jpg
BAKI, 5 aprel — Sputnik. "Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir".Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında səsləndirib."Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”, - deyə dövlət başçısı bildirib.***"Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq".Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı söyləyib.“Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.***"Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq". Bunu Prezident İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib. "Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim. Mən Tacikistanda dəfələrlə olmuşam. Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub", - dövlət başçısı bildirib.
https://sputnik.az/20230405/xalqlarimizi-qedim-tarixi-koklere-malik-dostluq-telleri-baglayir---emomeli-rehmon-453426045.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453412976_0:1:889:668_1920x0_80_0_0_edf28a735efa9bef491bd43c45bea9a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tacikistan, azərbaycan, prezident ilham əliyev, tacikistan prezidenti emomali rəhmon, emoməli rəhmon
tacikistan, azərbaycan, prezident ilham əliyev, tacikistan prezidenti emomali rəhmon, emoməli rəhmon
Əliyev: "Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq"
19:36 05.04.2023 (Yenilənib: 19:40 05.04.2023) İlham Əliyev: "Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub"
BAKI, 5 aprel — Sputnik. "Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında səsləndirib.
"Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”, - deyə dövlət başçısı bildirib.
"Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı söyləyib.
“Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
"Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq".
Bunu Prezident İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.
"Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzalanacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri – həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.
Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim. Mən Tacikistanda dəfələrlə olmuşam. Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub", - dövlət başçısı bildirib.