https://sputnik.az/20230404/turk-dovletleri-arasinda-sadelesdirilmis-gomruk-dehlizi-yaradilacaq-453366870.html
Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq
Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq
Sputnik Azərbaycan
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları da həyata keçiriləcək. 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T15:00+0400
2023-04-04T15:00+0400
2023-04-04T15:00+0400
türk
siyasət
türk dövlətləri təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/03/11/452819877_0:27:891:528_1920x0_80_0_0_d1edd0c8b1cbaa898f5843293a7e3771.jpg
BAKI, 4 aprel - Sputnik. Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Bundan başqa, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra bu qanun layihəsi də səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/11/452819877_60:0:819:569_1920x0_80_0_0_56d70ad8131e574642ac821d2e716e90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türk, türk dövlətləri təşkilatı
türk, türk dövlətləri təşkilatı
Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları da həyata keçiriləcək.
BAKI, 4 aprel - Sputnik. Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq.
Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra "Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Bundan başqa, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra bu qanun layihəsi də səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub.
Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.