https://sputnik.az/20230404/taxil-deyirmanlari-ve-anbarlarda-aparilan-monitorinqlerin-neticeleri-aciqlanib---cedvel-453390192.html
Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb - Cədvəl
Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb - Cədvəl
Sputnik Azərbaycan
Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T19:28+0400
2023-04-04T19:28+0400
2023-04-04T19:28+0400
taxıl
iqtisadiyyat
aqta
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443544056_0:0:3077:1731_1920x0_80_0_0_e3e30a6b70aafadbf9218afa35d1166e.jpg
BAKI, 4 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən ümumilikdə 31 taxıl nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına müayinələrin aparılması üçün təqdim edilib. "Sevindirici haldır ki, sınaq nəticələrinə əsasən, qida təhlükəsizliyi baxımından nümunələrdə uyğunsuzluq aşkar olunmayıb. Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur. Aparılan monitorinqlərin nəticələrinə əsasən, AQTA yerli taxıl istehsalçılarına qida təhlükəsizliyi tələblərinə əməl etdiklərinə görə minnətdarlığını bildirir", - deyə məlumatda bildirilir. Fitosanitar baxış keçirilən taxıl dəyirmanları və elevatorlu anbarlar barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz: https://report.az/sehiyye-xeberler/taxil-deyirmanlari-ve-anbarlarda-aparilan-monitorinqlerin-neticeleri-aciqlanib/
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443544056_157:0:2886:2047_1920x0_80_0_0_3028837b3d66a00d5b55ff32af73e29d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, aqta
Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb - Cədvəl
Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur.
BAKI, 4 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən ümumilikdə 31 taxıl nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına müayinələrin aparılması üçün təqdim edilib.
"Sevindirici haldır ki, sınaq nəticələrinə əsasən, qida təhlükəsizliyi baxımından nümunələrdə uyğunsuzluq aşkar olunmayıb. Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, AQTA yerli taxıl istehsalçılarına qida təhlükəsizliyi tələblərinə əməl etdiklərinə görə minnətdarlığını bildirir", - deyə məlumatda bildirilir.
Fitosanitar baxış keçirilən taxıl dəyirmanları və elevatorlu anbarlar barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz: