Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiya ilə Azərbaycan arasında münasibətlər daha yaxşı olmalıdır - Heydər Əliyev

Abunə olmaq
Sputnik Azərbaycan ulu öndərin hikmətli sözlərinindən və müdrik kəlamlarından seçmələri təqdim edir.
BAKI, 4 aprel — Sputnik. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də Bakıda imzalanmış müvafiq Protokol əsasında qurulub.
Elə həmin il daimi nümayəndəlik əsasında Azərbaycanın Rusiyadakı səfirliyi açılıb.
Ötən dövrdə iki dövlət ikitərəfli tərəfdaşlıqdan müttəfiq əməkdaşlığa qədər uzun bir yol keçib.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər asan olmayıb. Lakin bu il 100 illik yubileyi qeyd olunan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişməyə başlayıb.
1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynayıb və iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoyub.

"Rusiya çox böyük dövlətdir, o, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş və səmərəli olmalıdır", - deyə ulu öndər Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında ilk çıxışında qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0