https://sputnik.az/20230404/qerb-paytaxtlari-ve-kiyev-hakimiyyeti-ucun-hec-bir-qirmizi-xett-yoxdur---lukasenko-453375517.html
Qərb paytaxtları və Kiyev hakimiyyəti üçün heç bir qırmızı xətt yoxdur - Lukaşenko
Qərb paytaxtları və Kiyev hakimiyyəti üçün heç bir qırmızı xətt yoxdur - Lukaşenko
Sputnik Azərbaycan
Qərb paytaxtlarında başa düşürlər və dərk edirlər ki, ideologiyaların süqutu, yeni dünya nizamı uğrunda mübarizə şəraitində, kanonik rus pravoslavlığı... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T21:15+0400
2023-04-04T21:15+0400
2023-04-04T21:15+0400
qərb
dünya xəbərləri
rusiya
belarus
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698153_0:312:3071:2039_1920x0_80_0_0_15ca12b0a9accb7e6ec7b6f191463bfc.jpg
BAKI, 4 aprel — Sputnik. Ukraynadakı vəziyyət Qərbin və Kiyevin qırmızı xətlərinin olmadığı dini müharibə xüsusiyyətlərini qazanıb. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə görüşündə deyib. "İndiki Kiyev rejimi və Qərb ölkələrinin paytaxtlarındakı ağalar Ukrayna ərazisində kanonik pravoslavlığı nəinki qadağan etməyə, hətta sözün əsl mənasında fiziki cəhətdən məhv etməyə çalışırlar. Qərb paytaxtlarında başa düşürlər və dərk edirlər ki, ideologiyaların süqutu, yeni dünya nizamı uğrunda mübarizə şəraitində, kanonik rus pravoslavlığı pravoslav xalqlarının birliyinin əsası olmağa davam edən əsas mənəvi qüvvədir. Biz başa düşürük ki, Qərb paytaxtları və Kiyev hakimiyyəti üçün heç bir qırmızı xətt yoxdur. Ona görə də Ukraynadakı vəziyyət dini müharibə xüsusiyyətlərini qazanıb", - deyə o bildirib. Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiya Şurası bəyanat qəbul edib. "Federasiya Şurası xarici dövlətlərin parlamentlərini, beynəlxalq parlament təşkilatlarını prinsipial mövqe tutmağa və rəsmi Kiyevdən Ukraynanın beynəlxalq öhdəliklərinə qayıtmağı, dindarlara qarşı ayrı-seçkilik və dini ziyarətgahların təhqir olunması siyasətini dayandırmağı tələb etməyə çağırır", - rusiyalı senatorların Ukraynada dindarların hüquqlarının pozulması faktları ilə bağlı bəyanatında deyilir. Qanunvericilər Ukraynada dindarların hüquqlarının ən kobud şəkildə pozulması faktlarını qətiyyətlə pisləyirlər və bildirirlər ki, bu Kiyev rejiminin həyata keçirdiyi dini dözümsüzlük siyasətinin nəticəsidir. "Ukrayna hakimiyyəti faktiki olaraq Ukrayna xalqına rəsmi kilsə kimi Qərbin dəstəyi ilə yaradılmış, özünü "Ukrayna Pravoslav Kilsəsi" adlandıran siyasi strukturu sırımağa çalışır. Eyni zamanda, kanonik Ukrayna pravoslavları kilsə vasitəsilə təqib olunur: kilsələr zəbt edilir, icmalar qeyri-qanuni olaraq ləğv edilir, ruhanilər vətəndaşlıqdan məhrum edilir və repressiyaya məruz qalır", - Federasiya Şurasının bəyanatında vurğulanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698153_340:0:3071:2048_1920x0_80_0_0_0721efcb8519791cccb5637b3c365799.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qərb, rusiya, belarus, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, ukrayna
qərb, rusiya, belarus, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, ukrayna
Qərb paytaxtları və Kiyev hakimiyyəti üçün heç bir qırmızı xətt yoxdur - Lukaşenko
Qərb paytaxtlarında başa düşürlər və dərk edirlər ki, ideologiyaların süqutu, yeni dünya nizamı uğrunda mübarizə şəraitində, kanonik rus pravoslavlığı pravoslav xalqlarının birliyinin əsası olmağa davam edən əsas mənəvi qüvvədir.
BAKI, 4 aprel — Sputnik. Ukraynadakı vəziyyət Qərbin və Kiyevin qırmızı xətlərinin olmadığı dini müharibə xüsusiyyətlərini qazanıb. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə görüşündə deyib.
"İndiki Kiyev rejimi və Qərb ölkələrinin paytaxtlarındakı ağalar Ukrayna ərazisində kanonik pravoslavlığı nəinki qadağan etməyə, hətta sözün əsl mənasında fiziki cəhətdən məhv etməyə çalışırlar. Qərb paytaxtlarında başa düşürlər və dərk edirlər ki, ideologiyaların süqutu, yeni dünya nizamı uğrunda mübarizə şəraitində, kanonik rus pravoslavlığı pravoslav xalqlarının birliyinin əsası olmağa davam edən əsas mənəvi qüvvədir. Biz başa düşürük ki, Qərb paytaxtları və Kiyev hakimiyyəti üçün heç bir qırmızı xətt yoxdur. Ona görə də Ukraynadakı vəziyyət dini müharibə xüsusiyyətlərini qazanıb", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiya Şurası bəyanat qəbul edib.
"Federasiya Şurası xarici dövlətlərin parlamentlərini, beynəlxalq parlament təşkilatlarını prinsipial mövqe tutmağa və rəsmi Kiyevdən Ukraynanın beynəlxalq öhdəliklərinə qayıtmağı, dindarlara qarşı ayrı-seçkilik və dini ziyarətgahların təhqir olunması siyasətini dayandırmağı tələb etməyə çağırır", - rusiyalı senatorların Ukraynada dindarların hüquqlarının pozulması faktları ilə bağlı bəyanatında deyilir.
Qanunvericilər Ukraynada dindarların hüquqlarının ən kobud şəkildə pozulması faktlarını qətiyyətlə pisləyirlər və bildirirlər ki, bu Kiyev rejiminin həyata keçirdiyi dini dözümsüzlük siyasətinin nəticəsidir.
"Ukrayna hakimiyyəti faktiki olaraq Ukrayna xalqına rəsmi kilsə kimi Qərbin dəstəyi ilə yaradılmış, özünü "Ukrayna Pravoslav Kilsəsi" adlandıran siyasi strukturu sırımağa çalışır. Eyni zamanda, kanonik Ukrayna pravoslavları kilsə vasitəsilə təqib olunur: kilsələr zəbt edilir, icmalar qeyri-qanuni olaraq ləğv edilir, ruhanilər vətəndaşlıqdan məhrum edilir və repressiyaya məruz qalır", - Federasiya Şurasının bəyanatında vurğulanır.