NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl"ın ağ günləri yenidən başlayıb

© AFP 2023 / MARK SCHMEETSNeft
Neft - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Azərbaycanın neftinin qiyməti 88 dollara yaxınlaşır, "Brent" markalı neftin iyun fyuçersləri isə 84,93 ABŞ dollarına satılıb.
BAKI, 4 aprel — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24% artaraq 87,81 ABŞ dolları təşkil edib.
Belə ki, ötəngünkü hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçersləri isə 84,93 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, ötən gündən dünya bazarlarında neft qiymətləri kəskin bahalaşıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq.
İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi.
Rusiyanın ixtisarını nəzərə alsaq, potensial 1,6 milyon barel neft "OPEC plus" üzvləri tərəfindən hasil edilməyəcək. "OPEC plus" sonuncu dəfə oktyabr ayında neft hasilatını gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı.
"OPEC plus"un hasilatı qəfildən azaltma qərarı qiymətləri kəskin qaldırıb. ABŞ xam neftinin bir barelinin qiyməti 8 faiz artaraq 80 dolları keçib. "Brent" markalı neftin qiyməti isə 5,3 faiz artaraq 84,15 dollar olub.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") 1 barelə olan qiyməti 1,05 dollar artaraq 81,88 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Xəbər lenti
0