SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İnam Kərimovla bağlı Sərəncam imzaladı

© Sputnik / Murad Orujovİnam Kərimov
İnam Kərimov - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq İnam Kərimovu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edib.
BAKI, 4 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidenti İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında İ.İ.Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
O qeyd edib ki, İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət"in ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra edib.
Xəbər lenti
0