SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarını dənizə yollayıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Prezident İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.
BAKI, 4 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edə biləcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 28 il ərzində AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.
Layihə üzrə tikinti işlərinə 2019-cu ilin iyulunda başlanıb və və hazırda davam edən tikinti prosesində əsasən yerli işçi resurslarından istifadə olunur. Layihənin icrası üzrə işlərin pik dövründə, bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib
Azəri-Mərkəzi-Şərqi layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.
2019-cu ildə bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanmış və iyul ayında tikinti işlərinə başlanıb.
2022-ci ilin üçüncü rübü ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.
Xəbər lenti
0