https://sputnik.az/20230404/nsanlari-minalardan-qorumaq-ucun-daha-genis-qlobal-seylere-ehtiyac-var---bmt-453364681.html
İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var - BMT
İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var - BMT
Sputnik Azərbaycan
BMT-nin Baş katibi Antonio Quterreş üzv dövlətləri "Piyada əleyhinə minaların qadağan olunması konvensiya"nı, "Kasset tipli sursatlara dair konvensiya"nı və... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T14:00+0400
2023-04-04T14:00+0400
2023-04-04T14:00+0400
dünya xəbərləri
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
bmt
mina
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852030_0:178:3010:1871_1920x0_80_0_0_77fca672a6241b1d40e4f41f41f9f249.jpg
BAKI, 4 aprel — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq mina xəbərdarlığı və mina fəaliyyətinə yardım günü ilə bağlı müraciət ünvanlayıb. BMT-nin Azərbaycan Nümayəndəliyindən daxil olan müraciətdə deyilir: "Silahlı münaqişələrin tüğyan etdiyi ərazilərdə yaşayan milyonlarla insan, xüsusilə də qadın və uşaqlar üçün atılan hər addım təhlükəli ola bilər. Döyüşlərin bitməsindən sonra belə münaqişələrin qorxulu mirası qalır – insanların yaşadığı yerləri çirkləndirmiş mina və partlayıcı sursatlar. Sülhün əldə olunması heç bir təhlükəsizlik təminatı vermir - əgər yollar və əkin sahələri minalanıbsa, partlamamış hərbi sursatlar köçkünlərin geri qayıtmasına təhlükə törədirsə və uşaqların yerdə tapıb oynadığı parlaq cisimlər partlayırsa. BMT-nin Minalardan Təmizləmə Xidməti bu ölümcül silahları aradan qaldırmaq, milli hökumətləri dəstəkləmək, habelə evlərə, məktəblərə, xəstəxanalara və tarlalara təhlükəsiz çıxışı təmin etmək üçün tərəfdaşları bir araya toplayır. Bu Xidmət həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün layihələndirilməsini və Ukrayna limanlarından taxıl və gübrənin təhlükəsiz ixracını dəstəkləyib. Bununla belə, insanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var. Mən üzv dövlətləri "Piyada əleyhinə minaların qadağan olunması Konvensiya"nı, "Kasset tipli sursatlara dair Konvensiya"nı və "Müəyyən adi silahlar haqqında Konvensiya"nı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırıram. Gəlin bu beynəlxalq gündə ölümcül silahların törətdiyi təhlükəyə son qoymaq üçün birgə hərəkətə keçək, icmaları bərpa prosesində dəstəkləyək, insanların dinc və təhlükəsizlik şəraitdə yurdlarına qayıtmasına və həyatlarını yenidən qurmasına kömək edək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852030_141:0:2870:2047_1920x0_80_0_0_a7e1ed849450d079bd2f45abfb85552b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, bmt, mina
antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, bmt, mina
İnsanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var - BMT
BMT-nin Baş katibi Antonio Quterreş üzv dövlətləri "Piyada əleyhinə minaların qadağan olunması konvensiya"nı, "Kasset tipli sursatlara dair konvensiya"nı və "Müəyyən adi silahlar haqqında konvensiya"nı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırır.
BAKI, 4 aprel — Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq mina xəbərdarlığı və mina fəaliyyətinə yardım günü ilə bağlı müraciət ünvanlayıb.
BMT-nin Azərbaycan Nümayəndəliyindən daxil olan müraciətdə deyilir:
"Silahlı münaqişələrin tüğyan etdiyi ərazilərdə yaşayan milyonlarla insan, xüsusilə də qadın və uşaqlar üçün atılan hər addım təhlükəli ola bilər.
Döyüşlərin bitməsindən sonra belə münaqişələrin qorxulu mirası qalır – insanların yaşadığı yerləri çirkləndirmiş mina və partlayıcı sursatlar.
Sülhün əldə olunması heç bir təhlükəsizlik təminatı vermir - əgər yollar və əkin sahələri minalanıbsa, partlamamış hərbi sursatlar köçkünlərin geri qayıtmasına təhlükə törədirsə və uşaqların yerdə tapıb oynadığı parlaq cisimlər partlayırsa.
BMT-nin Minalardan Təmizləmə Xidməti bu ölümcül silahları aradan qaldırmaq, milli hökumətləri dəstəkləmək, habelə evlərə, məktəblərə, xəstəxanalara və tarlalara təhlükəsiz çıxışı təmin etmək üçün tərəfdaşları bir araya toplayır.
Bu Xidmət həmçinin Qara Dəniz Taxıl Təşəbbüsünün layihələndirilməsini və Ukrayna limanlarından taxıl və gübrənin təhlükəsiz ixracını dəstəkləyib.
Bununla belə, insanları minalardan qorumaq üçün daha geniş qlobal səylərə ehtiyac var.
Mən üzv dövlətləri "Piyada əleyhinə minaların qadağan olunması Konvensiya"nı, "Kasset tipli sursatlara dair Konvensiya"nı və "Müəyyən adi silahlar haqqında Konvensiya"nı ratifikasiya etməyə və tam şəkildə həyata keçirməyə çağırıram.
Gəlin bu beynəlxalq gündə ölümcül silahların törətdiyi təhlükəyə son qoymaq üçün birgə hərəkətə keçək, icmaları bərpa prosesində dəstəkləyək, insanların dinc və təhlükəsizlik şəraitdə yurdlarına qayıtmasına və həyatlarını yenidən qurmasına kömək edək".