https://sputnik.az/20230404/hindistan-orduda-qatirlarin-qismen-robotlarla-evez-edilmesini-planlasdirir-453341541.html
Hindistan orduda qatırların qismən robotlarla əvəz edilməsini planlaşdırır
Hindistan orduda qatırların qismən robotlarla əvəz edilməsini planlaşdırır
Sputnik Azərbaycan
Robot-qatırlar batareyalar, su və döyüş sursatları da daxil olmaqla yük daşımaq və müstəqil şəkildə və ya uzaqdan idarə olunmaqla nəzarət altında hərəkət etmək... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T08:33+0400
2023-04-04T08:33+0400
2023-04-04T08:33+0400
hindistan
dünya xəbərləri
robot
baza
ordu
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427435108_0:159:3076:1889_1920x0_80_0_0_f81fe9eeb823c7e3f7abacdb4b9c8311.jpg
BAKI, 4 aprel — Sputnik. Hindistan 2030-cu ilə qədər ordudakı qatırların 60%-ni qatır-robotlarla əvəz etməyi planlaşdırır. Bu barədə "Indian Defence Research Wing" məlumat yayıb. Qeyd olunduğu kimi, qatırlardan Hindistan ordusunda çətin iqlim şəraiti olan bölgələrdə yüklərin daşınması üçün istifadə olunur. Hindistan ordusunun müxtəlif növ ərazilərdə ayrılıqda hərəkət edə bilən və maneələrdən qaça bilən dördayaqlı qatır robotları almağı planlaşdırdığı bildirilir. Xəbərdə Hindistan ordusunun sərhəddəki ucqar bazalara ərzaq kimi yükləri çatdıra bilən kiçik, orta və böyük yük dronları da almağı planlaşdırdığı bildirilib.Planlaşdırılır ki, pilotsuz təyyarələr sərbəst şəkildə işləyə və 100-150 kilometrə qədər məsafədə əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edə biləcəklər. Qeyd edək ki, 2022-ci ilin noyabrından başlayaraq "General Dynamics"in ilk robot-qatırları ABŞ Ordusunda xidmətə başlayıblar.Onlar batareyalar, su və döyüş sursatları da daxil olmaqla yük daşımaq və sərbəst şəkildə və ya uzaqdan idarə olunmaqla pilotun nəzarəti altında hərəkət etmək üçün nəzərdə tutulublar. Robot-qatırlar, həmçinin, batareyaları doldurmaq üçün də istifadə edilə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427435108_174:0:2903:2047_1920x0_80_0_0_ca0c6c9996b770e3d23fb490a025a73d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
hindistan, robot, baza, ordu
hindistan, robot, baza, ordu
Hindistan orduda qatırların qismən robotlarla əvəz edilməsini planlaşdırır
Robot-qatırlar batareyalar, su və döyüş sursatları da daxil olmaqla yük daşımaq və müstəqil şəkildə və ya uzaqdan idarə olunmaqla nəzarət altında hərəkət etmək üçün nəzərdə tutulublar.
BAKI, 4 aprel — Sputnik. Hindistan 2030-cu ilə qədər ordudakı qatırların 60%-ni qatır-robotlarla əvəz etməyi planlaşdırır. Bu barədə "Indian Defence Research Wing" məlumat yayıb.
Qeyd olunduğu kimi, qatırlardan Hindistan ordusunda çətin iqlim şəraiti olan bölgələrdə yüklərin daşınması üçün istifadə olunur.
Hindistan ordusunun müxtəlif növ ərazilərdə ayrılıqda hərəkət edə bilən və maneələrdən qaça bilən dördayaqlı qatır robotları almağı planlaşdırdığı bildirilir.
Xəbərdə Hindistan ordusunun sərhəddəki ucqar bazalara ərzaq kimi yükləri çatdıra bilən kiçik, orta və böyük yük dronları da almağı planlaşdırdığı bildirilib.
Planlaşdırılır ki, pilotsuz təyyarələr sərbəst şəkildə işləyə və 100-150 kilometrə qədər məsafədə əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə hərəkət edə biləcəklər.
Qeyd edək ki, 2022-ci ilin noyabrından başlayaraq "General Dynamics"in ilk robot-qatırları ABŞ Ordusunda xidmətə başlayıblar.
Onlar batareyalar, su və döyüş sursatları da daxil olmaqla yük daşımaq və sərbəst şəkildə və ya uzaqdan idarə olunmaqla pilotun nəzarəti altında hərəkət etmək üçün nəzərdə tutulublar. Robot-qatırlar, həmçinin, batareyaları doldurmaq üçün də istifadə edilə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.