https://sputnik.az/20230404/ermenistanin-humanitar-bohran-blokada-iddialari-heqiqeti-eks-etdirmir---nazir-453391602.html
Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir" - Nazir
Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir" - Nazir
Sputnik Azərbaycan
XİN rəhbəri Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə Ermənistanın Laçın yolu ətrafındakı dinc aksiya ilə bağlı... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T19:02+0400
2023-04-04T19:02+0400
2023-04-04T20:12+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
avropa şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441888246_0:0:2901:1632_1920x0_80_0_0_52d85515919e2e0c792f421065ea869b.jpg
BAKI, 4 aprel - Sputnik. "Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir".Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə bildirib.Nazir postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb.Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441888246_68:0:2799:2048_1920x0_80_0_0_8740e7125ce5292cc41a577436d74ca9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, avropa şurası
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, avropa şurası
Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir" - Nazir
19:02 04.04.2023 (Yenilənib: 20:12 04.04.2023) XİN rəhbəri Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə Ermənistanın Laçın yolu ətrafındakı dinc aksiya ilə bağlı spekulyasiyalarının həqiqəti əks etdirmədiyini bildirib.
BAKI, 4 aprel - Sputnik. "Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə bildirib.
Nazir postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb.
Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.