SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan mina təmizlənməsində əməkdaşlıqdan imtinaya görə məsuliyyətə cəlb edilməlidir

© mfa.gov.azМИД Азербайджана
МИД Азербайджана - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
XİN Ermənistanın yaratdığı nəhəng insan itkisinə son verilməli olduğu barədə paylaşım edib.
BAKI, 4 aprel — Sputnik. Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı Günü münasibətilə "Twitter" paylaşımında qeyd edilib.
“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd edilir. Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər. Biz onların yaratdığı nəhəng insan itkisinə son verməliyik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb.
Martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0