DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çinli nazirdən Rusiya ilə münasibətlər barədə açıqlama

© AFP 2023 / GREG BAKER Li Tsyan
 Li Tsyan  - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Çin Dövlət Şurasının Baş naziri bildirib ki, Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri yeni dövrdə yüksək inkişaf səviyyəsini qoruyur.
BAKI, 4 aprel — Sputnik. Çin-Rusiya münasibətləri bloklara qoşulmamaq, qarşıdurmaya girməmək və üçüncü tərəflərə qarşı yönəlməmək prinsiplərinə qəti şəkildə riayət edir. Bunu Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə telefon danışığında bildirib.
"İki dövlət başçılarının rəhbərliyi altında Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri yeni dövrdə yüksək inkişaf səviyyəsini qoruyur", - Çin Dövlət Şurasının Baş naziri bildirib.
Martın 20-22-də Si Cinpin Rusiyaya dövlət səfəri edib. Nəticədə sənədlər paketi, o cümlədən yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyanat və 2030-cu ilə qədər Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrinin inkişaf planı haqqında Birgə Bəyanat imzalanıb.
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 04.04.2023
RUSİYA
Lavrov Rusiyanı Çindən asılılıqla qorxudanlara cavab verib
Xəbər lenti
0