https://sputnik.az/20230404/cin-a-ile-ukrayna-munaqisesinin-hellini-dair-dialoqa-hazir-oldugunu-beyan-edib-453376048.html
Çin Aİ ilə Ukrayna münaqişəsinin həllinı dair dialoqa hazır olduğunu bəyan edib
Çin Aİ ilə Ukrayna münaqişəsinin həllinı dair dialoqa hazır olduğunu bəyan edib
Sputnik Azərbaycan
Nazirlik Brüsselin "strateji müstəqillik nümayiş etdirəcəyinə" ümid etdiyini bildirib. 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T23:59+0400
2023-04-04T23:59+0400
2023-04-04T23:59+0400
ukrayna
dünya xəbərləri
çin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947272_0:0:3078:1731_1920x0_80_0_0_37fefcb57109841fc3a8c476ab2b7536.jpg
BAKI, 4 aprel — Sputnik. Çin Ukrayna böhranının həllini Avropa İttifaqı (Aİ) ilə müzakirə etməyə hazırdır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. "Biz Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı Avropa tərəfi ilə dialoqa və təmaslara hazırıq. Ümid edirik ki, Aİ strateji müstəqillik və siyasi müdriklik nümayiş etdirəcək", - deyə Rusiya XİN-in nümayəndəsi bildirib. Mao Nin qeyd edib ki, Pekin bu münaqişənin iştirakçısı deyil, lakin Ukrayna böhranının sülh yolu ilə həllini fəal şəkildə dəstəkləyir. Nazirliyin nümayəndəsi həmçinin Brüsselin Avropa regionunda uzunmüddətli sabitliyin bərqərar olmasına kömək edəcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Çinə səfəri ərəfəsində Pekinin Ukrayna münaqişəsinin həllindəki rolunu şərh edərək, onun Ukraynadakı sülhə görə məsuliyyət daşıdığını, eləcə də Avropa ölkələrinin liderlərinin Rusiya ilə Çin arasındakı dostluq münasibətlərindən narahat olduqlarını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947272_244:0:2975:2048_1920x0_80_0_0_4404fa458c6bea0d71d3c146a11f5a6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, çin, rusiya
Çin Aİ ilə Ukrayna münaqişəsinin həllinı dair dialoqa hazır olduğunu bəyan edib
Nazirlik Brüsselin "strateji müstəqillik nümayiş etdirəcəyinə" ümid etdiyini bildirib.
BAKI, 4 aprel — Sputnik. Çin Ukrayna böhranının həllini Avropa İttifaqı (Aİ) ilə müzakirə etməyə hazırdır.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Biz Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı Avropa tərəfi ilə dialoqa və təmaslara hazırıq. Ümid edirik ki, Aİ strateji müstəqillik və siyasi müdriklik nümayiş etdirəcək", - deyə Rusiya XİN-in nümayəndəsi bildirib.
Mao Nin qeyd edib ki, Pekin bu münaqişənin iştirakçısı deyil, lakin Ukrayna böhranının sülh yolu ilə həllini fəal şəkildə dəstəkləyir. Nazirliyin nümayəndəsi həmçinin Brüsselin Avropa regionunda uzunmüddətli sabitliyin bərqərar olmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Çinə səfəri ərəfəsində Pekinin Ukrayna münaqişəsinin həllindəki rolunu şərh edərək, onun Ukraynadakı sülhə görə məsuliyyət daşıdığını, eləcə də Avropa ölkələrinin liderlərinin Rusiya ilə Çin arasındakı dostluq münasibətlərindən narahat olduqlarını bildirib.