https://sputnik.az/20230404/bu-olkelerde-tehsil-alanlarin-diplomlari-taninmadi-453379732.html
Bu ölkələrdə təhsil alanların diplomları tanınmadı
Bu ölkələrdə təhsil alanların diplomları tanınmadı
Sputnik Azərbaycan
Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin... 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T18:18+0400
2023-04-04T18:18+0400
2023-04-04T19:17+0400
diplom
təhsil
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:375:2000:1500_1920x0_80_0_0_8f29119cdb69d96dbeecfa8ad1eac714.jpg
BAKI, 4 aprel — Sputnik. Mart ayı üzrə xaricdə təhsil almış və diplomunun tanınması ilə bağlı 516 müraciətçinin 486-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 30 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumatda bildirilib. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, təhsil forması səbəbi ilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, biznesin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib. "Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər", - agentliyin məlumatında qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/44/417424453_0:0:2000:1500_1920x0_80_0_0_b4ad53ccf4dd2a861c6cc2e2bf72b998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diplom
Bu ölkələrdə təhsil alanların diplomları tanınmadı
18:18 04.04.2023 (Yenilənib: 19:17 04.04.2023) Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.
BAKI, 4 aprel — Sputnik. Mart ayı üzrə xaricdə təhsil almış və diplomunun tanınması ilə bağlı 516 müraciətçinin 486-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 30 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumatda bildirilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, təhsil forması səbəbi ilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, biznesin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb.
Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.
"Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər", - agentliyin məlumatında qeyd olunub.