CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akif Çovdarovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan protest verilib

© AP Photo / Jean-Francois BadiasMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.
BAKI, 4 aprel - Sputnik. Akif Çovdarovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan protest verilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.
Xəbər lenti
0