https://sputnik.az/20230403/naxcivan-azerbaycandan-avropaya-yasil-enerji-tedaruku-ucun-merkeze-cevrilecek-453321128.html
Naxçıvan Azərbaycandan Avropaya yaşıl enerji tədarükü üçün mərkəzə çevriləcək
Naxçıvan Azərbaycandan Avropaya yaşıl enerji tədarükü üçün mərkəzə çevriləcək
Sputnik Azərbaycan
Energetika nazirinin müavini bildirib ki, Azərbaycan artıq müvafiq layihələrin icrasına başlayıb, ölkədə bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T14:14+0400
2023-04-03T14:14+0400
2023-04-03T14:14+0400
naxçıvan
iqtisadiyyat
yaşıl
enerji
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427398336_0:92:3317:1957_1920x0_80_0_0_578215ed4224f932c8bb34e2075f1367.jpg
BAKI, 3 aprel — Sputnik. Naxçıvan Muxtar Respublikası yaşıl enerjinin Azərbaycandan Türkiyə vasitəsilə Avropaya nəqli üçün mərkəzə çevriləcək. Bunu Bakıda keçirilən Azərbaycan-Amerika enerji forumunda Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib. Onun sözlərinə görə, Azərbaycan artıq müvafiq layihələrin icrasına başlayıb, ölkədə bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq əməkdaşlıq üçün böyük potensial var. Soltanov qeyd edib ki, 2030-cu ilə qədər 25 gigavat elektrik enerjisi istehsal edəcək elektrik stansiyalarının tikintisi ilə bağlı razılaşmalar əldə olunub. Nazir müavini onu da bildirib ki, Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə birgə Bakıda Böyükşor gölündə üzən günəş panellərinin quraşdırılması layihəsinə başlayıb. Bu layihə 0,1 MVt elektrik enerjisi istehsal edəcək. Bundan əlavə, Soltanov qeyd edib ki, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin saxlanılması üçün batareyaların alınması müzakirə olunur. O əlavə edib ki, belə akkumulyatorların qiyməti kifayət qədər yüksəkdir. Belə ki, Qərbdə onların alınmasının dəyəri istehsal olunan enerji tariflərinin qiymətinə daxildir. Lakin Azərbaycan dövlətin sosialyönümlü siyasətinə görə belə bir addım atıla bilmir. "Ona görə də akkumulyatorların alınması ilə bağlı müzakirələr ilkin mərhələdədir və Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə danışıqlar aparılır", - Soltanov əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427398336_292:0:3023:2048_1920x0_80_0_0_abc3e8983d5e2e347ad541b7f62271dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, yaşıl, enerji
Naxçıvan Azərbaycandan Avropaya yaşıl enerji tədarükü üçün mərkəzə çevriləcək
Energetika nazirinin müavini bildirib ki, Azərbaycan artıq müvafiq layihələrin icrasına başlayıb, ölkədə bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq əməkdaşlıq üçün böyük potensial var.
BAKI, 3 aprel — Sputnik. Naxçıvan Muxtar Respublikası yaşıl enerjinin Azərbaycandan Türkiyə vasitəsilə Avropaya nəqli üçün mərkəzə çevriləcək.
Bunu Bakıda keçirilən Azərbaycan-Amerika enerji forumunda Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq müvafiq layihələrin icrasına başlayıb, ölkədə bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq əməkdaşlıq üçün böyük potensial var.
Soltanov qeyd edib ki, 2030-cu ilə qədər 25 gigavat elektrik enerjisi istehsal edəcək elektrik stansiyalarının tikintisi ilə bağlı razılaşmalar əldə olunub.
"Eyni zamanda, Azərbaycanın bərpa olunan enerjinin istehsalı üzrə ümumi potensialı 200 giqavatdır", - deyə o əlavə edib.
Nazir müavini onu da bildirib ki, Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə birgə Bakıda Böyükşor gölündə üzən günəş panellərinin quraşdırılması layihəsinə başlayıb. Bu layihə 0,1 MVt elektrik enerjisi istehsal edəcək.
Bundan əlavə, Soltanov qeyd edib ki, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin saxlanılması üçün batareyaların alınması müzakirə olunur.
O əlavə edib ki, belə akkumulyatorların qiyməti kifayət qədər yüksəkdir. Belə ki, Qərbdə onların alınmasının dəyəri istehsal olunan enerji tariflərinin qiymətinə daxildir. Lakin Azərbaycan dövlətin sosialyönümlü siyasətinə görə belə bir addım atıla bilmir.
"Ona görə də akkumulyatorların alınması ilə bağlı müzakirələr ilkin mərhələdədir və Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə danışıqlar aparılır", - Soltanov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.