DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlk mobil telefon zənginin reallaşmasından 50 il ötür

© pixabay / Sabine van ErpKöhnə mobil telefon
Köhnə mobil telefon - Sputnik Azərbaycan, 1920, 03.04.2023
Abunə olmaq
İlk mobil telefonu tam doldurmaq üçün 10 saat lazım olub, batareya isə gözləmə rejimində 12 saat öz işinə davam edib.
BAKI, 3 aprel — Sputnik. Düz əlli il əvvəl, 1973-cü il aprelin 3-də dünyada ilk dəfə mobil telefonla zəng edilib. Bu barədə "TRTWorld" portalı məlumat yayıb.
Zəng, "AT&T Bell Laboratories"dən Joel Angel-ə zəng edərək "şəxsi, əl, portativ telefon" istifadə etdiyini elan edən Motorola mühəndisi Martin Kuperdən gəlib. Kuperin zəng etdiyi cihaz, demək olar ki, 800 qram ağırlığında olan "Motorola DynaTAC" telefonu idi.
Onu tam doldurmaq üçün 10 saat lazım olub, batareya isə gözləmə rejimində 12 saat öz işinə davam edib. O zaman hələ SMS mesajları haqqında heç bir söhbət belə yox idi - qadcet yalnız zəng edə və zəng qəbul edə bilərdi.
Martin Kuperin prototipinin kommersiya versiyası olan "Motorola Dynatac 8000X", 1984-cü ildəki tarixi zəngdən düz 11 il sonra buraxıldı.
Mobil Telefonlar Muzeyinin direktoru Ben Vudun sözlərinə görə, onun dəyərini cari məzənnəni nəzərə alaraq yenidən hesablasanız, bu, alıcıya 11,7 min dollara başa gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0