DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın bir məqsədi var - Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq - Xaçaturyan

© Sputnik / Aram NersesyanErmənistan Prezidenti Vaaqn Xaçaturyan
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan - Sputnik Azərbaycan, 1920, 03.04.2023
Abunə olmaq
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan hökumətinin və onun hakimiyyətinin bir məqsədi var.
BAKI, 3 aprel — Sputnik. Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və müqavilə imzalanmasında maraqlıdır. Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Ermənistan hökumətinin və onun hakimiyyətinin bir məqsədi var - regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq", - Xaçaturyan bildirib.

Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına maraqlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0