https://sputnik.az/20230403/enerji-ickilerinin-reklami-ile-bagli-aqta-dan-xeberdarliq-453332564.html
Enerji içkilərinin reklamı ilə bağlı AQTA-dan xəbərdarlıq
Enerji içkilərinin reklamı ilə bağlı AQTA-dan xəbərdarlıq
Sputnik Azərbaycan
AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T16:19+0400
2023-04-03T16:19+0400
2023-04-03T16:35+0400
cəmiyyət
enerji içkiləri
aqta
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_0:201:2925:1846_1920x0_80_0_0_352228a112f0b89084a4b85a78a65a7d.jpg
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günə qədər enerji içkisi olan məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı nəzarət-yoxlama tədbirləri həyata keçirib. AQTA-dan bildirilib ki, buna baxmayaraq, təəssüf ki, hələ də kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da istehlakçıların aldadılması hallarına rast gəlinir. "AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunur.Qeyd edək ki, qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.Agentlik tərəfindən isə ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlər zamanı bu kimi hallar aşkarlandıqda, qanunvericiliyə uyğun ciddi tədbirlərin görülməsi davam etdiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_96:0:2827:2048_1920x0_80_0_0_b3111207d7093bb0070948a46511d315.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
enerji içkiləri, aqta, azərbaycan
enerji içkiləri, aqta, azərbaycan
Enerji içkilərinin reklamı ilə bağlı AQTA-dan xəbərdarlıq
16:19 03.04.2023 (Yenilənib: 16:35 03.04.2023) AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq.
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günə qədər enerji içkisi olan məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı nəzarət-yoxlama tədbirləri həyata keçirib.
AQTA-dan bildirilib ki, buna baxmayaraq, təəssüf ki, hələ də kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da istehlakçıların aldadılması hallarına rast gəlinir.
"AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.
AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar.
Agentlik tərəfindən isə ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlər zamanı bu kimi hallar aşkarlandıqda, qanunvericiliyə uyğun ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.