Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cənubi Qafqazda ən sürətli internet

Abunə olmaq
2023-cü ilin fevral ayının nəticələrinə görə, Azərbaycan genişzolaqlı internetin sürəti üzrə reytinqdə yüksələrək dünyanın 179 ölkəsi arasında 117-ci yeri tutub. Qonşu ölkələrdə internetin sürəti barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 3 aprel — Sputnik. Bu ilin fevralında Azərbaycan mobil internetin sürətinə görə dünya reytinqində yanvar ayı ilə müqayisədə 7 pillə yüksələrək 137 ölkə arasında 57-ci yerdə qərarlaşıb.
Azərbaycanda mobil internetin orta yükləmə sürəti 37,42 Mbit/s təşkil edib.
Fevral ayının yekunlarına əsasən Azərbaycan sabit genişzolaqlı internetin sürət reytinqində bir pillə irəliləyərək 179 ölkə arasında 117-ci yeri tutub. Qeyd olunan dövrdə Azərbaycanda genişzolaqlı internetin orta sürəti 27,57 MB/s təşkil edib.
Beləliklə, Azərbaycan Cənubi Qafqaz ölkələri və qonşu ölkələr arasında internet sürətinə görə birinci yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0